Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Hacıqabul rayonunda baş vermiş hadisə zamanı yaralılardan 9 nəfəri təcili yardım maşınları ilə paytaxta çatdırılmışdılar

Avqustun 9-da günorta saatlarında Hacıqabul rayonunda, Hacıqabul-Padar avtomobil yolunun kənarında yanacaqdoldurma məntəqəsi yaxınlığında maye qaz daşıyan yük avtomobilində baş vermiş partlayışdan dərhal sonra hadisə yerinə operativ gələn Hacıqabul rayon təcili tibbi yardım maşınları yaralılara ilkin yardım göstərmiş və onlar xəstəxanalara çatdırılmışlar. Belə ki, hadisə zamanı ümumilikdə 24 nəfər zərər çəkmişdir. Onlardan 2 nəfər (Babayev Eldar, Hacıyev Çingiz) hadisə yerində vəfat etmişdir. 11 nəfər zərərçəkən təcili yardım maşınları ilə Hacıqabul rayon MRX-na hospitalizə olunmuşdur. Bunlardan, 1 nəfər Gürcüstan vətəndaşı öz avtomobili ilə 4 nəfər zərərçəkən isə Sanitar Aviasiya ilə Bakı şəhəri Yanıq Mərkəzinə çatdırılmışdır.

 

Yaralılardan 1 nəfər – Səfərov Etibar Tofiq oğlu “Bədən səthinin 100% termiki yanığı. Tənəffüs yollarının termiki yanığı” diaqnozu ilə şok vəziyyətində daxil olmuş və vəziyyəti çox ağır olduğundan həkimlərin bütün səylərinə baxmayaraq 2300 radələrində vəfat etmişdir. Hacıqabuldan gətirilmiş digər 3 nəfər yüngül xəsarət aldığı üçün 2 nəfəri evə yazılmış 1 zərərçəkən isə müvəqqəti olaraq nəzarətdə saxlanılmış və bu gün evə yazılacaqdır.

 

Hadisə yerində zərərçəkənlərin 8 nəfəri Kürdəmir rayon MRX-na hospitalizə olunmuşdur. Onlardan 4 nəfərin vəziyyəti yüngül olduğu üçün ilk tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Digər 4 nəfər – 1 ağır, 2 nəfər orta ağır, 1 nəfər yüngül xəsarət almış zərərçəkənlər də  1600 –da Kütləvi hadisələr zamanı zərərçəkənlərin daşınması üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə Kürdəmir şəhərindən yola salınmış 2300 radələrində Bakı şəhərinin Yanıq Mərkəzinə çatdırılmışdır.

Digər zərərçəkmiş Təcili yardımla Şirvan MRX-na çatdırılmış ilk yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün 113 xidməti vasitəsi ilə Bakı şəhərinə çatdırılmışdır.

 

2 zərərçəkən  Gəncə şəhərinə aparılmış, ilk yardım göstərildikdən sonra vəziyyətləri yüngül olduğu üçün evə buraxılmışdır.

Hal-hazırda Bakı şəhər Yanıq Mərkəzində 5 nəfər müalicə alır. Onlardan 2 nəfəri reanimasiya şöbəsində 2-si ümumi müalicə, 1 nəfərin vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılacaqdır.

 

10/08/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013