Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 sentyabr tarixli 211 nömrəli qərarına əlavə edilməsi barədə

Azərbaycan Respublikasinin Nazirlər Kabineti

 

Qərar № 217 / 15.10.2010-cu il

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 sentyabr tarixli 211 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 825) ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın “Ana və uşaqların qorunması üzrə Tədbirlər Proqramının həyata keçirilməsi planı”na aşağıdakı məzmunda 21-ci bənd əlavə edilsin:

 

2.1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 4 nömrəli Doğum Evinin yenidən qurulması, təmiri və müvafiq tibbi avadanlıqlarla təchiz edilməsi Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, yerli icra hakimiyyəti 2010

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013