Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin 03 may 2007-ci il tarixli “Reseptlərin yazılması və dərman vasitələrinin (narkotik tərkibli və prekursorlar istisna olmaqla) aptek müəssisələrindən buraxılması qaydaları haqqında” əmrinə əsasən, dərman vasitələri (reseptsiz buraxılan

22 oktyabr 2008

 

Səhiyyə Nazirliyinin 03 may 2007-ci il tarixli “Reseptlərin yazılması və dərman vasitələrinin (narkotik tərkibli və prekursorlar istisna olmaqla) aptek müəssisələrindən buraxılması qaydaları haqqında” əmrinə əsasən, dərman vasitələri (reseptsiz buraxılan dərman vasitələri istisna olmaqla) yalnız xüsusi resept blanklarında təqdim edildikdə aptek təşkilatları tərəfindən buraxılmalıdırlar.

 

Bu qaydalarının pozulmasına görə Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən son iki ay ərzində 13 protokol tərtib edilmişdir. Səhiyyə Nazirliyi tərəfindən müvafiq qərarlar qəbul edilmiş və şəxslərə inzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən 100-200 manat miqdarında cərimələr tətbiq olunmuşdur.

 

Lisenziyalaşdırma və nəzarət sektoru

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013