Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

4 aptek məntəqəsinin 1 aptek köşkünün fəaliyyətləri dayandırılmışdır.

21 aprel 2009

 

4 aptek məntəqəsinin 1 aptek köşkünün fəaliyyətləri dayandırılmışdır

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən Bakı şəhərində fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən növbəti baxış zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirinin 03 may 2007-ci il tarixli “Reseptlərin yazılması və dərman vasitələrinin (narkotik tərkibli və prekursorlar istisna olmaqla) aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 nömrəli əmrinin tələblərinə və Azərbaycan Respublikası Səhiyyə Nazirinin 02.10.2006-cı il tarixli, 153 nömrəli əmri ilə təsdiq edilmiş “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə Tələblər”ə cavab verməyən aptek müəssisələri aşkar olunmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsi 37 saylı ünvanda yerləşən Könül Sabir qızı Ələsgərovaya məxsus aptek məntəqəsinə, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 42/9 saylı ünvanda yerləşən Ənvər Məhəmməd oğlu Əlizadəyə məxsus aptek məntəqəsinə, Bakı şəhəri, Xətai rayonu, Y.Əhmədli qəsəbəsi, M.Rüstəmov və Şirvani küçələrinin kəsişməsində yerləşən Rüstəmova Şəmsiyyə Aydın qızına məxsus aptek köşkünə, Bakı şəhəri, Xətai rayonu, G. Şixlinski küçəsi 2 ünvanda yerləşən Abdullayeva Məhəbbət Sirac qızına məxsus aptek məntəqəsinə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil küçəsi 20 ünvanda yerləşən Mirzəyev Nazim Mürsəl oğluna məxsus aptek məntəqəsinə baxış zamanı ümumi sahənin az olmasını, sanitar qovşağının, kondisionerin, hiqrometr və termometrin olmaması, bir neçə adda dərman preparatının yararlıq sertifikatının və dərman preparatlarının istifadə müddəti bitdiyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 03 may 2007-ci il tarixli, 46 nömrəli əmrində göstərilmiş resept formasında deyil, digər resept formasında dərman preparatlarının satışı və s. nöqsanlar aşkar olunduğu üçün Səhiyyə Nazirliyinin müvafiq sərəncamlarına əsasən yuxarıda göstərilən aptek müəssisələrinə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyətləri dayandırılmışdır.

Nəzarət tədbirləri davam edilir.

 

Tibbi yardımın təşkili şöbəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013