Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Aptek təşkilatlarının rəhbərlərinin nəzərinə

Xüsusi resept blanklarının tətbiqi və istifadəsi ilə əlaqədar

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, “Reseptlərin yazılması və dərman vasitələrinin (narkotik tərkibli və prekursorlar istisna olmaqla) aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 03 may 2007-ci il tarixli 46 saylı əmrinə əsasən bütün dərman vasitələri (reseptsiz buraxılan dərman vasitələri istisna olmaqla) yalnız xüsusi resept blanklarında-müvafiq qaydada tərtib olunmuş reseptlər əsasında buraxılmalıdır.

 

Rəhbərlik etdiyiniz müəssisədə çalışan işçilər tərəfindən bu əmrin tələblərinin yerinə yetirilməsinə nəzarət etməyiniz tövsiyə olunur.

 

Qeyd olunan tələblərə əməl etməyən aptek təşkilatlarına qarşı ciddi tədbir görüləcəkdir.

 

Tibbi Yardımın Təşkili şöbəsi

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013