Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ağstafa Rayon Mərkəzi Xəstəxanası (03.02.08)

Katirovka sorğusu elan edir

 

Lot-1. Ümumi təyinatlı dərman və sarğı materialları.

Lot-2. Xüsusi təyinatlı dərman (narkotik, psixotrop, zərdab, vaksin, şəkərli və şəkərsiz diabet, ağ ciyər və s. profilli preparatlar) və rentgen, flüoroqrafiya, laboratoriyada işlənən materiallar

 

 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

 

LOT üzrə satınalınan malların təhvil verilməsi 2008-ci il ərzində Mərkəzi Xəstəxananın tələbatına əsasən həyata keçiriləcəkdir.

 

Tenderlə əlaqədar əlavə məlumat almaq uçün maraqlananlar aşağıdakı telefona müraciət edə bilərlər:

 

Telefon: (0244)5-11-50

Ünvan: Ağstafa şəhəri, Heydər Əliyev küçəsi N-48

 

Maraqlananlar hər LOT üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər.

 

Lot-1 üzrə—40 (qırx) manat

Lot-2 üzrə—60 (altmış) manat

 

İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

 

Ağstafa Rayon Mərkəzi Xəstəxanası Ağstafa Rayon YXO

 

Hesab: 1320500000
VÖEN: 3600068011
Bank: “KAPİTALBANK”ın Ağstafa filialı
Kod: 200521
VÖEN: 9900003611
Müxbir hesabı: 5228010000
S.W.I.F.T.BIK AIIBAZ 2X

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 


 

İddiaçılar öz tender təkliflərini (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və tender təktifinin 1 faizi həcmində tender təminatını (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır) 2 nüsxədən ibarət (əsli, surəti) ikiqat zərfdə imzalanıb, möhürlənmiş vəziyyətdə 13 mart 2008-ci il saat 18:00-a qədər Tender Komissiyasına təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

Tender təkliflərinin açılışı 14 mart 2008-ci il saat 16:00-da Ağstafa Rayon Mərkəzi Xəstəxanasında olacaqdır.

 

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uygun keçiriləcəkdir.

 

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender Komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013