Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası

Azərbaycan Respublikasinin Nazirlər Kabineti

 

Qərar № 071 / 24.04.2009-cu il

 

«Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

 

1. «Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

 

2. «Reysqabağı və reysdən sonra ümumi istifadədə olan nəqliyyat vasitələri sürücülərinin cari qaydada tibbi müayinədən keçirilməsi Qaydaları» nın və «Reysqabağı ümumi istifadədə olan nəqliyyat vasitələrinin texniki müayinə olunmaları Qaydaları»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 21 avqust tarixli 194 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 732; 2008-ci il, № 2, maddə 116) qüvvədən düşmüş hesab edilsin.

 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi

 

QAYDASI

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013