Badamdarda əsaslı təmirdən çıxmış poliklinika istifadəyə verildi
15 may 2007
Badamdarda əsaslı təmirdən çıxmış poliklinika istifadəyə verildi
Badamdar qəsəbəsində yerləşən 34 nömrəli poliklinika əsaslı təmir olunub. Poliklinikanın açılış mərasimində çıxış edən Səbayel rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov ümummilli lider Heydər Əliyevin hələ 40 il bundan əvvəl səhiyyə barədə dediyi sözləri xatırladıb, ölkə prezidenti İlham Əliyevin tibb işçilərinə diqqət və qayğısından söz açıb. Səhiyyə naziri Oqtay Şirəliyev simvolik qırmızı lenti kəsdikdən sonra mərasim iştirakçıları poliklinika üçün alınmış yeni avadanlıqla tanış olublar. 23 tibb kabineti olan bu səhiyyə müəssisəsində 53 həkim Badamdar qəsəbəsində yaşayan 22 min nəfər əhaliyə xidmət edəcək.
Tibb qəzeti