Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakı şəhərində fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən baxış zamanı “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” Tələblərə cavab verməyən aptek aşkar olunmuşdur.

18 may 2009

 

Bakı şəhərində fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən baxış zamanı “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” Tələblərə cavab verməyən aptek aşkar olunmuşdur

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən Bakı şəhərində fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən növbəti baxış zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirinin 02.10.2006-cı il tarixli, 153 nömrəli əmri ilə təsdiq edilmiş “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə Tələblər”ə cavab verməyən aptek müəssisəsi aşkar olunmuşdur. Bununla əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 31 ünvanda yerləşən aptek məntəqəsinə baxış zamanı aptek məntəqəsinin ümumi sahəsi 40 m2 olması, anbar sahəsinin olmaması və 16 adda (39 qutu) dərman preparatının yararlılıq sertifikatının olmaması - nöqsanlar aşkar olunduğu üçün Səhiyyə Nazirliyinin sərəncamına əsasən yuxarıda göstərilən aptek məntəqəsinə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılmışdır.

 

Nəzarət tədbirləri davam edilir.

 

Tibbi yardımın təşkili şöbəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013