Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Qərar

 

 № 036

 

02.03.2011-ci il

 

 

“Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə


“Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 1, maddə 29, № 4, maddə 287) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. adında və 1-ci bəndində “bakalavr pilləsi” sözləri “bakalavriat səviyyəsi” sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. adında “bakalavr pilləsi” sözləri “bakalavriat səviyyəsi” sözləri ilə əvəz edilsin;

1.2.2. “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “Filologiya” sözündən sonra “(dil və ədəbiyyat göstərilməklə)” sözləri əlavə edilsin;

1.2.3. “8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində:

1.2.3.1. “139. 050802 Pediatriya” və “145. 050808 Tibbi biologiya” rəqəmləri və sözləri çıxarılsın, “140-144” və “146-150” rəqəmləri müvafiq olaraq “139-143” və “144-148” rəqəmləri hesab edilsin;

1.2.3.2. “Müalicə işi”, “Hərbi həkim işi”, “Tibbi profilaktika”, “Stomatologiya” sözlərindən sonra “*” işarəsi və cədvəldən sonra “* Bu ixtisaslar üzrə həkim hazırlığı aparılır.” cümləsi əlavə edilsin.



2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 


Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013