Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikanın rayonlarında fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən baxış zamanı “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” Tələblərə cavab verməyən apteklər aşkar olunmuşdur.

24 aprel 2009

 

Azərbaycan Respublikanın rayonlarında fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən baxış zamanı “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” Tələblərə cavab verməyən apteklər aşkar olunmuşdur

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən Balakən şəhərində fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən növbəti baxış zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirinin 03 may 2007-ci il tarixli “Reseptlərin yazılması və dərman vasitələrinin (narkotik tərkibli və prekursorlar istisna olmaqla) aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 nömrəli əmrinin tələblərinə və Azərbaycan Respublikası Səhiyyə Nazirinin 02.10.2006-cı il tarixli, 153 nömrəli əmri ilə təsdiq edilmiş “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə Tələblər”ə cavab verməyən aptek müəssisəsi aşkar olunmuşdur. Bununla əlaqədar olaraq Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “NİCAT YOLU” MMC-nə məxsus aptek köşkünə baxış zamanı aptek köşkünün orta təmirli olması, aptek mebelinin, əczaçılıq soyuducusunun olmaması, 6 adda dərman preparatının yararlılıq sertifikatının olmaması, aptek köşkündə satışı nəzərdə tutulmayan, həkim resepti əsasında buraxılan dərman preparatlarının satışı və s. nöqsanlar aşkar olunduğu üçün Səhiyyə Nazirliyinin sərəncamına əsasən yuxarıda göstərilən aptek köşkünə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılmışdır.

Nəzarət tədbirləri davam edilir.

 

Tibbi yardımın təşkili şöbəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013