Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Əli Bayramlı Şəhər Səhiyyə Şöbəsi (11.04.08)

Açıq tender elan edir

 

LOT-14. Bərk inventarların satınalınması

LOT-15. Tibb avadanlıqlarının satınalınması

 

Tender iştirakçılarına təklif edilir ki, yuxarıda göstərilən LOT-lar üzrə öz tender təkliflərini möhürləmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

 

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

 

Əlaqələndirici şəxs: T.ƏIiyev

 

Telefon: 0197-5-03-58

Ünvan: Əli Bayramlı şəhəri, H.Əliyev prospekti-16

 

Maraqlananlar LOT-lar üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər.

 

LOT-14—25.00 manat,

LOT-15—70.00 manat

 

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

 

Təşkilatın adı: Əli Bayramlı şəhəri YXO

Şəhər Mərkəzi Xəstəxanası

 

VÖEN: 2100078791
Hesab: 5132050000
Kapitalbankın Əli Bayramlı filialı
Kod: 200413
VÖEN Bank: 9900003611
Müxbir hesabı: 0137010001944 SWIFTBIK AIIBAZ 2X


İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

 

Tender təklifi qiymətinin 2 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır). İddiaçılar LOT-lar üzrə tender təkliflərini 23 may 2008-ci il saat 17:00-a kimi yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

Tender təklifləri açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.

 

Təklif Zərfləri LOT-lar üzrə 26 may 2008-ci il saat 15:00-da Əli Bayramlı Şəhər Mərkəzi Xəstəxanasının inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender Komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013