Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bərdə Mərkəzi Rayon Xəstəxanası (16.03.08)

Açıq tender elan edir

 

Tender 2 Lot üzrə keçirilir:

 

Lot-1. Əsaslı təmir işlərinin yerinə yetirilməsi üzrə

Lot-2. Cari təmir işlərinin yerinə yetirilməsi üzrə

 

işlərin satınalınması ilin əvvəlindən sonunadək aparılacaqdır.

 

Malgöndərənlər

Lot-1 üzrə — 121,0 manat

Lot-2 üzrə — 24,0 manat

 

İştirak haqqını göstərilən hesaba (Bərdə Mərkəzi Rayon Xəstəxanası hesab N-si Bərdə YXO hesab N-si 132050000, VOEN: 4000183681, Kapital Bankın Bərdə filialı KOD: .30372, müxbir hesabı: 3728010000, VÖEN: 9900003611, ALİBAZ-2X) köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bərdə Mərkəzi Rayon Xəstəxanasının Satınalma (Tender) Komissiyasından ala bilərlər.

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

Malgöndərənlər "əsli" və "surəti" yazılmış 2 nüsxədən ibarət olmaqla aşağıdakı sənədləri 10 aprel 2008-ci il saat 15:00-dək möhürlənmiş imzalanmış, ikiqat zərfdə Bərdə MRX-nın Tender komissiyasına təqdim etməlidir.

 

1. Tenderdə iştirak etmək üçün ərizə;

2. Tender predmetlərinin ehtimal olunan qiymətinin 0,2 faizi müqabilində iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3. Tender təklifi, onun tərkib hissəsi olan qiymət cədvəli (təklif olunan mal, iş və xidmətlərin qiyməti, daşınma, qaimə, ƏDV və digər xərclər daxil olmaqla göstərilməlidir) tender təklifi (tender proseduru keçirdiyi tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

 

 

Tender təklifi və bank zəmanəti istisna olunmaqla 10 aprel 2008-ci il saat 15:00-dək təqdim edilməlidir.

 

Təqdim olunmuş təkliflərdən ən sərfəli və ən aşağı qiymət təklifi qalib sayılacaq. Göstərilən müddətdən gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq, açılmadan geri qaytarılacaq.

 

Tender təklifi və bank zəmanəti 14 aprel 2008-ci saat 15:00-da təqdim edilməlidir. Təkliflərin açılması proseduru 15 aprel 2008-ci il saat 15:00-da MRX-da baş mühasibin otağında həyata keçiriləcək. Presudurda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

 

Əlavə məlumat 110-5-30-60 saylı telefona zəng etməklə almaq olar.

Ünvan: Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi-12)

Faks: (110) 5-32-27

E-mail: barda_mrx@mail.ru

 

Tender Komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013