Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Daha bir aptek bağlandı

30 iyun 2008

 

Daha bir aptek bağlandı

 

Məlum olduğu kimi, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) Dərmanların keyfiyyətinə nəzarət şöbəsinin mütəxəssisləri artıq paytaxtın bütün rayonları üzrə apteklərdə yoxlamaları başa çatdırıblar. Xatırladaq ki, DVAEM bir qayda olaraq, reydlər zamanı ciddi nöqsanlar aşkarlanmış əczaxanaların lisenziyasının ləğv olunması ilə bağlı Səhiyyə Nazirliyinə rəsmi məktubla müraciət edir. Bu günlərdə həmin məktublardan daha birinə cavab olaraq, Səhiyyə Nazirliyinin 13 iyun 2008-ci il tarixli 99-S nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Xaqani küçəsi, döngə 3, ev 4 ünvanda yerləşən, Vüsal Kamil oğlu Babayevə məxsus (lisenziya № 015210; qeydiyyat № 0622; verilmə tarixi: 06.01.2005) aptek köşkünün fəaliyyəti dayandırılıb.

 

Əczaçılıq xəbərləri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013