Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

vakant dövlət qulluğu vəzifələrinin

tutulması ilə bağlı müsahibə

 

ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Səhiyyə Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

 

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

 

• ərizə (2 nömrəli əlavə)

 

• ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)

 

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 3 oktyabr 2012-ci il tarixdən 17 oktyabr 2012-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

 

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

 

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinə müraciət edilə bilər.

 

Telefonlar: 441 26 03, daxili 309

 

 

1. Struktur bölmə: Tibbi yardımın təşkili şöbəsi

 

Vakant vəzifə: baş məsləhətçi

 

Vəzifənin kodu: 1080003

 

İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi, 1

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

 

• əhalinin sağlamlıq vəziyyətini, demoqrafik xüsusiyyətlərini nəzərə alaraq səhiyyənin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak;

 

• tibbi yardımın təşkili sahəsində dövlət proqramlarının, normativ hüquqi aktların və digər sənədlərin hazırlanmasında iştirak;

 

• müalicə-profilaktika müəssisələrinin dərman preparatlarına, tibbi texnika və avadanlığa olan tələbatının öyrənilməsi, onların sifarişi və bölüşdürülməsi;

 

• Nazirlik tərəfindən əhaliyə göstərilən tibbi yardımın yaxşılaşdırılması məqsədi ilə təkliflərin verilməsi;

 

• Nazirliyin digər şöbələri ilə birlikdə əhaliyə tibbi yardımın təşkili işində iştirak;

 

• Nazirliyin tibbi yardımın təşkilinə dair əmr, sərəncam, qərar və digər sənədlərinin icrasına nəzarətin həyata keçirilməsi;

 

• şöbənin fəaliyyət istiqaməti üzrə dövri hesabatların hazırlanmasında iştirak;

 

• səlahiyyətləri daxilində şöbəyə daxil olan müraciətlərin araşdırılması, cavablandırılması və s.

 

Vəzifənin tutulması şərtləri:

 

təhsil: səhiyyə ixtisas istiqaməti üzrə ali təhsil;

 

iş stajı: ixtisası üzrə azı 3 il;

 

kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə);

 

xarici dil: ingilis dili (orta səviyyədə), rus dili (orta səviyyədə).

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013