Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ VAKANT DÖVLƏT QULLUĞU VƏZİFƏSİNİN TUTULMASI İLƏ BAĞLI MÜSAHİBƏ ELAN EDİR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

vakant dövlət qulluğu vəzifəsinin

tutulması ilə bağlı müsahibə

ELAN EDİR:

 

Müsahibədə Səhiyyə Naziriliyində inzibati vəzifədə qulluq keçən və inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.


Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

 

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 8 avqust 2011-ci il tarixdən 22 avqust 2011-ci il tarixdə saat 18:00-dək Səhiyyə Naziriliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

 

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa­hi­bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.


Müsahibəyə dair ətraflı məlumat almaq üçün Səhiyyə Naziriliyinə müraciət edilə bilər.

 

Telefon: 012-565-12-43

 

  • · Hüquq və daxili nəzarət sektoru, böyük məsləhətçi 

Ştat vahidinin sayı: 1


İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov  küçəsi, 1A

 

İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat

 

Vəzifə maaşı: 420 manat

 

Qulluq funksiyaları:

  •  tibb sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi aktların hazırlan­masına nəzarət;
  •  Nazirliyin struktur bölmələri tərə­findən hazırlanmış normativ akt layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi və müvafiq rəy, təkliflərin verilməsi;
  •  Nazirliyin hüquq və qanuni maraqlarının müdafiəsi;
  •  Nazirliyin vəzifəli şəxs­lərinə və struktur bölmələrinə zəruri hüquqi məslə­hətlərin verilməsi;
  •  Nazirliyinin fəaliyyət istiqaməti üzrə dövri hesabatların hazırlanmasına nəzarət;
  •  inzibati qaydaların pozulmasına dair protokolların və qərarların hazırlanması, icraata yönəldilməsi, operativ nəzarət tədbirlərin keçirilməsinin təşkili;
  •  sektora daxil olan ərizə, şikayət və təkliflərin araşdırılması və cavablandırılması və s.

Vəzifənin tutulması şərtləri:


təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil;

 

iş stajı: ixtisası üzrə azı 2 il;

 

kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013