Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında

Azərbaycan Respublikasi Prezidentinin Fərmani

 

Ölkədə sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayan amillərdən biri bəzi sahibkarlıq fəaliyyəti növlərinin lisenziyalaşdırılmasıdır. Son illər bu sahədə bir sıra işlərin görülməsinə baxmayaraq, hələ də sahibkarlığın inkişafına mane olan hallar tam aradan qaldırmamışdır. Belə ki, mövcud lisenziyalaşdırma sistemi xüsusi icazə verən dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara təzyiq vasitəsinə çevrilmiş, bəzi hallarda isə rüşvətxorluğun yayılmasına şərait yaratmışdır. Ölkədə 240-dan çox fəaliyyət növünün xüsusi icazə əsasında fəaliyyəti və lisenziyanın qısa müddətə verilməsi, faktiki olaraq, sahibkarlığın inkişafına, iqtisadiyyata investisiya qoyuluu prosesinə mənfi təsir etmiş, sağlam rəqabət mühitinin formalaşması və istehlakçıların hüquqlarının qorunması sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsi yolunda inzibati-bürokratik əngələ çevrilmişdir.

 

Sahibkarlığın inkişafına dövlət qayğısının artırılması yuxarıda göstərilən nöqsanların qısa müddətdə aradan qaldırılmasını, ilk növbədə, xüsusi icazə tələb edən fəaliyyət növlərinin sayının kəskin surətdə azaldılmasını, lisenziya müddətinin uzadılmasının, lisenziya verilməsi prosesində dövlət orqanları tərəfindən sui-istifadə hallarına yol verməyən və bu işdə şəffaflığı təmin edən qaydaların tətbiqini zəruri edir.

 

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı üçün mövcud mühiti yaxşılaşdırmaq və bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydalarını daha da təkmilləşdirmək məqsədi ilə qərara alıram:

 

 

1. "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar" (əlavə 1) təsdiq edilsin.

 

2. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri» (Əlavə № 2) təsdiq edilsin.

 

3. "Naxçıvan Muxtar Respublikasının İcra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısı" (əlavə 3) təsdiq edilsin.

 

4. Sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi sahəsində dövlət tənzimlənməsini və bu sahədə metodiki rəhbərliyi həyata keçirtmək məqsədilə lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan funksiyası Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.

 

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətləri bu Fərmanın əlavəsində verilən "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"la müəyyən edilir.

 


7. Bu Fərmanla lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növləri üzrə bu Fərman qüvvəyə minənədək verilmiş lisenziyalar öz hüquqi qüvvəsini onlarda göstərilmiş tarixədək saxlayırlar.

 

8. Azərbaycan Respublikası Prezidentinin "Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında" 1997-ci il 27 yanvar tarixli 543 nömrəli, "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında" 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli, "Qiymətli kağızlarla fəaliyyət sahəsində bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılması qaydalarının təsdiq edilməsi haqqında" 1999-cu il 8 noyabr tarixli 202 nömrəli və "Naxçıvan Muxtar Respublikasının icra orqanları tərəfindən bir sıra fəaliyyət növlərinə xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında" 21 dekabr 2001-ci il tarixli 605 nömrəli Fərmanları və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi haqqında" 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının 1-ci, 5-ci və 6-cı bəndləri qüvvədən düşmüş hesab edilsin.

 

9. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 sentyabr 2002-ci il

№ 782

 

 

Əlavə № 1

Azərbaycan Respublikası Prezidentinin

2002-ci il 2 sentyabr tarixli 782 nömrəli

Fərmanı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında

 

QAYDALAR

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013