Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Döyünən ürək transplantı

Döyünən ürək transplantı

 

Britaniya həkimləri ölkə tarixində ilk döyünən ürək köçürməsini həyata keçiriblər. 2 həftə əvvəl yeni ürək qəbul etmiş 58 yaşlı xəstənin vəziyyətinin “çox yaxşı" olduğu bildirilir.

 

Yeni texnika donor ürəyi isti və döyünən halda saxlamağı nəzərdə tutur. Adətən, əməliyyatlar zamanı ürəyi buzun içində saxlayardılar. Bir ekspert BBC-yə söyləyib ki, bu, ürək köçürmələrinin sayını üç - dörd dəfə artıra bilər. Proses həkimlərə ürəyi transplantant gözləyən xəstəyə çatdırmaq üçün daha çox vaxt verir. Adətən, donor ürəklərinə yüksək dozada potassium verilərək, onun döyünməsi dayandırılır və buz paketinə qoyulurlar. Bu isə ürəyi xəstəyə çatdırmaq üçün cəmi 4-6 saatlıq möhlət verir. Yeni sistemi tətbiq edərkən ürək xüsusi aparata qoşulur. Aparat onun durmadan döyünməsini və içindən oksigenləşdirilmiş qanın axınını təmin edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013