Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Əczaçılıq müəssisələrində keçirilən baxış zamanı “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” Tələblərə cavab verməyən aptek aşkar olunmuşdur

27 oktyabr 2008

 

Əczaçılıq müəssisələrində keçirilən baxış zamanı “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” Tələblərə cavab verməyən aptek aşkar olunmuşdur

 

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində 21 saylı binada yerləşən Əmirova Xatirə Sabzulla qızına məxsus (Lisenziya 015189, qeydiyyat № 0601, verilmə tarixi 16.12.2004-cü il) məxsus aptek köşkünə aparılan baxış zamanı nöqsan və çatışmazlıqlar – aptekin orta təmirli olması, aptek mebeli ilə təchiz olunmaması, 7 adda (50 qutu) dərman preparatının yararlılıq sertifikatının olmaması, aptek köşkündə satışı nəzərdə tutulmayan, həkim resepti əsasında buraxılan dərman preparatlarının çoxluq təşkil etməsi və sair tələblərə cavab vermədiyi aşkar edilmişdir.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Əmirova Xatirə Sabzulla qızına verilmiş lisenziyanın fəaliyyəti Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən 21 oktyabr 2008-ci il tarixdən dayandırılmışdır.

 

Lisenziyalaşdırma və nəzarət sektoru

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013