Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikanın rayonlarında fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən baxış zamanı “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” Tələblərə cavab verməyən apteklər aşkar olunmuşdur.

14 avqust 2008

 

Azərbaycan Respublikanın rayonlarında fəaliyyət göstərən əczaçılıq müəssisələrində keçirilən baxış zamanı “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” Tələblərə cavab verməyən apteklər aşkar olunmuşdur

 

Masallı rayonu, 20 yanvar küçəsində yerləşən Rauf Əkbər oğlu Mahmudova (qeydiyyat № 0891, verilmə tarixi 08.08.2005-ci il) və “Xan Çinar” Ticarət Mərkəzində Ağayev Ziyafət Oruc oğluna (qeydiyyat № 0955, verilmə tarixi 07.10.2005-ci il) məxsus aptek məntəqələrində 04-15 iyul 2008-ci il tarixində aparılan baxış zamanı nöqsan və çatışmazlıqlar – aptekin təmirsiz olması, standart ad asılqanının, kondisionerin, sanitar qovşağının, əczaçılıq soyuducusunun, aptek mebelinin, hiqrometr və termometrin olmaması, termolabil dərman preparatlarının rəflərdə saxlanılması və sair tələblərə cavab vermədiyi aşkar edilmişdir.

 

Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Rauf Əkbər oğlu Mahmudova və Ağayev Ziyafət Oruc oğluna verilmiş lisenziyalarının fəaliyyətləri Səhiyyə Nazirliyinin müvafiq Sərəncamlarına əsasən 13 avqust 2008-ci il tarixdən dayandırılmışdır.

 

Lisenziyalaşdırma və nəzarət sektoru

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013