Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Əhalinin sağlamlığı naminə!

30 iyun 2008

 

Əhalinin sağlamlığı naminə!

 

DVAEM növbəti dəfə xeyli yararsız dərmanı məhv edib

 

Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) Dərmanların keyfiyyətinə nəzarət şöbəsindən aldığımız məlumata görə, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzində növbəti utilizasiya prosesi keçirilib. Bu dəfə də reyd zamanı apteklərdən müsadirə olunmuş sertifikatsız, eləcə də analizdən keçirilmək məqsədi ilə DVAEM-in sözügedən şöbəsinə təqdim edilmiş preparatların qalıqları yandırılıb.

 

Məhvetmədə DVAEM-in və ETSN-in mütəxəssisləri ilə yanaşı, mətbuat nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, utilizasiya ictimaiyyət, eləcə də bütün jurnalistlər üçün açıqdır. Növbəti tədbirlərə qatılmaq istəyənlər DVAEM-in Dərmanların keyfiyyətinə nəzarət şöbəsinə müraciət edə bilərlər.

 

Əczaçılıq xəbərləri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013