Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 497; 1999-cu il, № 5, maddə 285; 2001-ci il, № 3, maddələr 141, 142, 143, 144, №11, maddələr 672, 687, 693; 2002-ci il, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003-cü il, № 6, maddə 256; 2004-cü il, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006-cı il, № 2, maddə 66, № 12, maddə 1028; 2007-ci il, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008-ci il, № 7, maddə 602; 2009-cu il, № 2, maddə 46, № 12, maddə 949; 2010-cu il, № 11, maddə 962; 2011-ci il, № 2, maddələr 70, 71) aşağıdakı məzmunda 17-1-ci maddə əlavə edilsin:

 

“Maddə 17-1. Əhalinin sağlamlığının qorunması sahəsində məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqları

 

Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunurlar.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2011-ci il 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013