Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elektron Sağlamlıq Kartı sistemindəki prosedurlar təkmilləşdirilir.

Elektron Sağlamlıq Kartı sistemindəki prosedurlar təkmilləşdirilir

 

Səhiyyə Nazirliyində 10 iyul 2008-ci il tarixdə Elektron Sağlamlıq Kartı sisteminə keçidlə əlaqədar növbəti toplantı keçirilib.

 

Toplantıda Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva, şöbənin məsləhətçisi Leyla Seyidəliyeva, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktor müavini Cəbrayıl Əsəd-zadə, mütəxəssislər, doğum evlərinin baş həkimləri, operatorlar və səhiyyə müəssisələrinin doğum şöbələrinin məsul işçiləri iştirak ediblər. Toplantıda Elektron Sağlamlıq Kartı sistemindəki bəzi proseduraların təkmilləşdirilməsi ilə əlaqədar müzakirələr aparılıb. Pasiyent doğum evlərindən evə buraxılarkən ona verilən əvəzləmə vərəqəsinin Elektron Sağlamlıq Kartı sistemi ilə əlaqələndirilməsi əsas müzakirə mövzusu olub.

 

Qeyd edək ki, yeni doğulmuş uşaq haqqında məlumatların təkrarlanmasının qarşısının alınması və məlumatların dolğunluğunu təmin edilməsi məqsədilə əvəzləmə vərəqəsində unikallığı təmin edən unikal kod qeyd edilir. Müzakirələr nəticəsində bu kodun həm əvəzləmə vərəqəsində, həm doğum evində doğulmuş uşağın inkişaf tarixində qeyd edilməsi və yeni doğulmuş uşağın poliklinikada əvəzləmə vərəqəsindəki unikal kod ilə qeydiyyata alınması qərara alınıb.

 

İclasda Elektron Sağlamlıq Kartı sisteminin tətbiqi zamanı qarşıya çıxan digər problemlər və həll yolları geniş müzakirə olunub.

 

İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr şöbəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013