Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı (02.08.2010)
2 avqust 2010
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ağsu və Şamaxı rayonlarının İcra Hakimiyyətlərinin və yerli Polis orqanlarının nümayəndələri ilə birlikdə 30-31 iyul 2010-cu il tarixlərində Ağsu və Şamaxı rayonları ərazilərində Ağsu aşırımının magistral yol kənarında əhaliyə xidmət göstərən ictimai iaşə obyektlərində keçirilmiş müayinələr zamanı həmin obyektlərdə sanitariya norma və qaydalarının kobud pozulması halları aşkar edilmişdir.
Yol verilmiş nöqsanlarla əlaqədar Ağsu rayonu ərazisində 18 ictimai iaşə obyektinin, Şamaxı rayonu ərazisində isə 9 ictimai iaşə obyektinin fəaliyyəti dayandırılmışdır. Ağsu rayonu ərazisində 2 obyektin, Şamaxı rayonu ərazisində isə 3 obyektin sahibkarı inzibati qaydada cərimə olunmuşdur.
Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin aparılması Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən nəzarətə götürülmüşdür.