Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Etik davranış məsələləri üzrə illik hesabat

Azərbaycan Respublikası Prezidentinin 2012-ci 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Aparatının, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin, Gəncə şəhəri Səhiyyə İdarəsinin və Sumqayıt şəhəri Səhiyyə Şöbəsinin dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının səhiyyə orqanlarında qulluqda olan dövlət qulluqçularının etik davranış Qaydaları” üzrə təlimlər keçirilmişdir. Həmin təlimlərdə dövlət qulluqçularının etik davranış qaydaları və onun əhəmiyyəti, vicdanlı və mədəni davranış, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, qərəzsizlik, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət ilə bağlı mövzular əhatə edilmişdir.

 

Səhiyyə orqanlarının dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət etmək məqsədi ilə Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva məsul şəxs (etik müvəkkil) təyin edilmişdir.

 

Səhiyyə Nazirliyində təşkil olunan “Qaynar xətt” (565-12-64) və nazirliyin rəsmi internet saytında “Məktub yazmaq” xidməti vasitəsilə səhiyyə orqanlarının dövlət qulluqçuların qeyri-etik davranışları barədə məlumat verilməsinə şərait yaradılmışdır.

 

Cari il ərzində səhiyyə orqanlarda qulluqda olan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması halları barədə şikayətlər daxil olunmamışdır.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013