Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əsasən tibb fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan sənədlərin siyahısı (fiziki şəxs)

 

1. Lisenziya almaq üçün ərizə; ərizədə aşağıdakılar öz əksini tapmalıdır: adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı;

 

2. ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

 

3. ərizədə qeyd olunan obyektdən ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

 

4. tibb fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;

 

5. tibb xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarını və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti;

 

6. lisenziyanın verilməsindən imtina edilmədikdə lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin sürəti.
 

Qeyd: Digər məlumat üçün Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Səhiyyədə özəl Sektor” bölməsində maraqlana bilərsiniz

 

Qəbul günləri: həftənin 3-cü, 5-ci günləri saat 15:00-17:00-dək

 

Tel: 493-39-85, 493-65-84

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013