Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2009-ci ilin iyun ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyena normalarına cavab verməyən məhsulları istehsal edən 117 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 56 obyektin istsmarının dayandırılması barədə qərar qəbul edilmiş, 35 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1340, mikrobioloji göstəricilərinə görə 724, toksikoloji göstəricilərinə görə 334, radioloji göstəricilərinə görə 13 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 18-də orqanoleptik və fiziki-kimyəvi, 30-da mikrobioloji, 5-də toksikoloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur. Şadlıq evləri və restoranlardan götürülmüş 6839 yaxma nümunəsinin 175-də mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

İyun ayı ərzində əhali arasında 55 qida zəhərlənməsi hadisəsi baş vermiş, 65 nəfər zərərçəkən olmuşdur.

5/11/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013