Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı (10.10.2008)

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

 

 

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2008-ci ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laborator müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 79 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 40 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 69 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 757, mikrobioloji göstəricilərinə görə 459, toksikoloji göstəricilərinə görə 333, radioloji göstəricilərinə görə 26 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 6-da mikrobioloji, göstəricilərə görə normalardan kənara çıxma müəyyən olunmuşdur. Şadlıq evləri və restoranlardan götürülmüş 3641 yaxma nümunəsinin 56-da mikrobioloji çirklənmə aşkar edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013