Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında

№ 137 / 29.12.2011-ci il

 

ƏMR

 

Bakı şəhəri

 

Azərbaycan Respublikası Prezidentinin 28.07.2007-ci il tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı”nın 52-ci bəndinin icrasını təmin etmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. “Həkimlərin etik davranış qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

2. Səhiyyə Nazirliyinin idarə, müəssisə və təşkilatlarının rəhbərləri bu əmrlə təsdiq olunmuş qaydaların tibb işçiləri tərəfindən icra olunmasına nəzərəti təmin etsinlər.

 

3. Kadrlar, elm və təhsil şöbəsinin müdiri K.Mehdiyeva bu əmrdən irəli gələn məsələləri həll etsin.

 

4. Əmrin icrasına nəzarət nazir müavini N.Əliyevaya həvalə edilsin.

 

Oqtay Şirəliyev

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013