Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gələn il həkimlərin maaşları artırılacaq

30 oktyabr 2007

 

Gələn il həkimlərin maaşları artırılacaq

 

Bunu ülkə başzısı Yevlax Mərkəzi Rayon Xəstəxanası ğzğn tikiləcək yeni binanın təməlqoyma mərasimində bildirdi.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Yevlax Mərkəzi Rayon Xəstəxanasının təməlqoyma mərasimində iştirak etmişdir.

 

Səhiyyə işçiləri, ictimaiyyətin nümayəndələri dövlət başçısını böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladılar.

 

Prezident İlham Əliyev xəstəxananın baş planı ilə tanış oldu. Ona məlumat verildi ki, 235 çarpayılıq xəstəxana 3 korpusdan ibarət olacaq. Tikinti üçün 4,3 hektar sahə ayrılıb. Xəstəxananın birinci mərtəbəsində laboratoriya və diaqnostika bölməsi, həkim otaqları, ikinci mərtəbədə qadın məsləhətxanası, poliklinika, üçüncü mərtəbədə uroloji və doğum şöbələri, dördüncü mərtəbədə ümumi terapiya, beşinci mərtəbədə nevroloji və kardioloji şöbələr yerləşəcək. Bölgənin ən böyük səhiyyə ocağının tikintisini ən geci iki il yarıma başa çatdırmaq nəzərdə tutulur. İnşaat işlərini yerli şirkət həyata keçirəcək.

 

Ölkə rəhbəri gilizi binanın təməlinə qoydu və beton qarışığı tökdü, inşaatçılara uğurlar arzuladı. Daha sonra Prezident İlham Əliyev tibb işçiləri ilə görüşüb söhbət etdi, onları təbrik edərək dedi:

 

- Burada gözəl xəstəxana tikiləcək. Özü də o, son illər ərzində tikilən xəstəxanalardan ən böyüyü, 235 çarpayılıq olacaq. Müasir avadanlıq və texnologiya ilə təchiz ediləcək. Burada bütün şöbələr olacaq. Belə gözəl xəstəxana maksimum iki il yarıma tikilib başa çatdırılacaq.

 

Prezident bildirdi ki, regional mərkəzin yerini müəyyənləşdirəndə Yevlax ölkəmizin coğrafi mərkəzi olduğu üçün o buranı seçib. Bundan əlavə, seçim həm də Yevlax rayonunda sürətli inkişafla əlaqədar olub: “Hamı yaxşı işləsə, hər yerdə belə xəstəxana olacaqdır. Yəni hər şey ədalətli olmalıdır. Siz də belə gözəl xəstəxanada işləməyə yaxşı hazırlaşın. Burada müasir avadanlıq olacaq, hər şey dünya səviyyəsində olacaqdır. Həkimlərin böyük xidmətləri var. Onlar fədakar insanlardır. Bizim ailədə də həkim var. Mənim rəhmətlik anam da həkim olub. Ona görə mən yaxşı bilirəm həkim nədir. Maaşlarınız bu il 25 faiz qaldırılıb, amma hələ ki, azdır. Mən bilirəm, həkimlərin maaşı azdır, bununla barışmaq olmaz. Biz maaşları qaldıracağıq. Bunu gələn ildə görəcəksiniz”.

 

Tibb işçiləri dövlət başçısına təşəkkür edərək diqqət və qayğıdan razılıqlarını bildirdilər, onun apardığı daxili və xarici siyasəti daim ürəkdən dəstəkləyəcəklərini vurğuladılar.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013