Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Qərar

 

 № 046

 

 30.03.2011-ci il

 

 

Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında


Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında

«Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 9 mart tarixli 398 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. «2011-ci il aprelin 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi» təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq etsin.

3. Azərbaycan Respublikasının Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsinlər.

4. Məxfi.

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görsünlər.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 30 mart tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmişdir


2011-ci il aprelin 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının


T Ə R K İ B İ


Komissiyanın sədri


R.Məmmədov - Azərbaycan Respublikası hərbi komissarının müavini


Komissiya sədrinin müavini


M.Abbasquliyev - Dövlət Sərhəd Xidməti rəisinin müavini


Komissiyanın üzvləri:


O.Zalov - daxili işlər nazirinin müavini


A.Vəlibəyov - səhiyyə nazirinin müavini


T.Musayev - ədliyyə nazirinin müavini

 

A.Dadaşov - AHİK sədrinin müavini (razılaşdırılmışdır)


S.Novruzov - Milli Məclisin deputatı (razılaşdırılmışdır)

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013