Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikası vətəndaşlarının 2009-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikasinin Nazirlər Kabineti

 

Qərar № 099 /  22.06.2009-cu il

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyun tarixli 100 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

 

1. «2009-cu ilin iyulun 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi» təsdiq edilsin (əlavə olunur).

 

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq etsin.

 

3. Azərbaycan Respublikasının Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsinlər.

 

4. Məxfi.

 

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının 2009-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görsünlər.

 

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 22 iyun tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

2009-cu ilin iyulun 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının

 

T Ə R K İ B İ

 

Komissiyanın sədri Ə.Hüseynov - Azərbaycan Respublikasının hərbi komissarı
Komissiya sədrinin müavini M.Abbasquliyev - Dövlət Sərhəd Xidməti rəisinin müavini

 

Komissiyanın üzvləri:

 

O.Zalov Daxili İşlər Nazirinin müavini
A.Vəlibəyov Səhiyyə Nazirinin üavini
T.Musayev Ədliyyə Nazirinin müavini
A.Dadaşov AHİK Sədrinin müavini (razılaşdırılmışdır)
S.Novruzov Milli Məclisin deputatı (razılaşdırılmışdır)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013