Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İnnovasiya və Təchizat Mərkəzinin məlumatı

İnnovasiya və Təchizat Mərkəzinin məlumatı

 

Mirgasımov adına Respublika Kliniki Xəstəxanasının ərazisində Quliyev Orucəli Taptiq oğluna məxsus olan aptek məntəqəsi İnnovasiya və Təchizat Mərkəzinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı bir sıra qanunsuzluqlar aşkar edilmişdir. Aptekdə dərman satışı ilə məşğul olan şəxslərin tibbi savadı belə yoxdur. Bir sıra loborator müayinəsindən keçməyən dərmanlar aktlaşdırılaraq götürülüb və keyfiyyətini müəyyən etmək üçün Analitik və Ekspertiza MMC təhvil verilib. Analitik Ekspertizaya təqdim olunmuş 26 adda dərman preparatlarından 5 adda dərman preparatı müvafiq normativ-texniki sənədlərin tərəflərinə uyğun deyil və yarasızdır. Bu və digər faktları nəzərə alaraq qeyd olunan aptek məntəqəsinin lisenziyasının fəaliyyəti dayandırılmışdır.

 

 

 

İnnovasiya və Təchizat Mərkəzinin məlumatı

 

Topdan satış əczaçılıq fəaliyyəti ilə məşğul olan Farm-İnvest MMC-yə məxsus anbarda əməkdaşlarımız tərəfindən reyd keçirilmişdir. Topdan satış əczaçılıq fəaliyyəti zirzəmi şəraitində aparıldığı obyektdə kondisioner və havalandırma qurğusunun olmadığı, dərmanların məişət soyuducusunda saxlanıldığı anbarın təmirsiz olduğu müəyyən edilmişdir. Götürülmüş bir sıra dərmanlar lobarator müayinəsi aparıldıqda yararsız müəyyən edilmişdir. Qeyd olunan faktlara görə lisenziyanın fəaliyyəti dayandırılmışdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013