Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İnnovasiya və Təchizat Mərkəzinin məlumatı

İnnovasiya və Təchizat Mərkəzinin məlumatı

 

 

Dərman vasitələrinin keyfiyyəti,səmərəliliyi və təhlükəsizliyi üzərində nəzarət İnnovasiya və Təchizat Mərkəzi tərəfindən daima aparılır.Belə ki,qanunsuz yollarla qətirilmiş dərman preparatlarının satışı,və bir sıra nöqsanlar aşkar edilərək Meri-Dian MMC -yə 01.04.2005-ci il tarixdə verilmiş 016915 nömrəli, Bakı şəhəri, Nəsimi rayonu ,4 mkr.,1410 məhəllə,M.Kazımovski küçəsi,13 saylı ünvanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən topdan satış fəaliyyəti üçün,xususi razılıq (”Lisenziya”)verilmiş,son günlər verilmiş əmrə əsasən fəaliyyəti dayandırılıb.

 

Bundan başqa Lənkəran rayonu,Liman şəhəri,M.Ə.Rəsul-zadə küçəsi 7 saylı ünvanda “Aptek köşkü” təşkil edib pərakəndə satış əczaçılıq fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə 20.06.2006-ci il tarixdə Abdullayev Pərviz Ağa oğluna verilmiş 017250 nömrəli lisenziyanın fəaliyyəti aşkar edilən pozuntular aradan qaldırılanadək dayandırılmışdır.

 

Reydlər davam edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013