Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”na əlavə və dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Qərar
№ 042
24.02.2010-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”na əlavə və dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”na əlavə və dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nın “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009-2013-cü illər)”nın 7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 290) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”na aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1.1. 4-cü bənddə “məqsədi ilə” sözlərindən sonra “yardım mərkəzləri tərəfindən” sözləri əlavə edilsin;
1.2. 6.2-ci bənddə “ailələrinə” sözü “ailə üzvlərinə” sözləri ilə əvəz edilsin;
1.3. 7.1-ci bənddə “yardım mərkəzlərinin, habelə bu qurbanların” sözləri “yardım mərkəzləri, habelə onların və ya insan alveri qurbanlarının” sözləri ilə əvəz edilsin;
1.4. 7.2-ci bənddə “mərkəzlərinin” sözü “mərkəzləri, habelə onların” sözləri ilə əvəz edilsin;
1.5. 7.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“7.3. tibbi reabilitasiya tədbirləri insan alveri qurbanları üçün sığınacaqlar və yardım mərkəzlərinin göndərişi əsasında aidiyyəti səhiyyə müəssisələri tərəfindən həyata keçirilir;”;
1.6. 8-ci bəndin birinci cümləsi çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə