Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında əmr
Ə M R
119
26.11.2007-ci il
Bakı şəhəri
“ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında”
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2007-ci il tarixli 634 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Səhiyyə Nazirliyinin Mətbuat katibi A.Qədirliyə tapşırılsın ki, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın nazirliyin internet səhifəsində yerləşdirilməsi təmin edilsin.
3. Xüsusi razılıq (lisenziya) olmadan özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin aşkar edilməsi, bununla əlaqədar protokol və aktların tərtib edilməsi Tibbi yardımın təşkili şöbəsinin Lisenziyalaşdırma və nəzarət sektorunun mütəxəssislərinə, Səhiyyə Nazirliyinin sərəncamı əsasında ayrıca yaradılmış yoxlama komissiyalarının üzvlərinə və Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinə (yalnız əczaçılıq fəaliyyəti və fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması üzrə) həvalə olunsun.
4. Əmrin icrasına nəzarət Nazir müavinlərinə həvalə edilsin.
Oqtay Şirəliyev
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 26.11.2007-ci il tarixli, 119 nömrəli əmri ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı
- Azərbaycan Respublikasının Səhiyyə Naziri;
- Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavinləri;
- Lisenziyalaşdırma və nəzarət sektorunun müdiri;
- Lisenziyalaşdırma və nəzarət sektorunun baş məsləhətçisi.