Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.1, 230.1 və 230.2-ci maddələrinə əsasən müvafiq qərarlar qəbul edilmişdir

29 oktyabr 2009

 

Xüsusi razılıq (lisenziya) olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin və Vergilər Nazirliyinin əməkdaşları tərəfindən 2009-cu ilin 10 ayı ərzində tibb fəaliyyəti üzrə 116 fakt aşkar edilmiş, əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə 2009-cu ilin son üç ayı ərzində 119 fakt aşkar edilmişdir.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 03 may 2007-ci il tarixli “Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 nömrəli əmrinin tələblərini yerinə yetirməyən 22 aptek müəssisəsinə İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə protokollar tərtib edilmişdir. Həmin faktlar rəsmiləşdirilərək Səhiyyə Nazirliyinə göndərilmişdir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.1-ci, 230.1-ci və 230.2-ci maddələrinə əsasən müvafiq qərarlar qəbul edilmişdir və cərimə sanksiyaları tətbiq edilmişdir.

 

Tibbi yardımın təşkili şöbəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013