Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikasinin Nazirlər Kabineti

 

Qərar № 200 / 25.11.2010-cu il

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında

 

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

 

1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi məqsədi ilə peşə riskinin dərəcələri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-ci il 14 noyabr tarixli qərarı və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2008-ci il 22 dekabr tarixli əmri ilə təsdiq edilmiş “İqtisadi Fəaliyyət Növləri Təsnifatının 3-cü versiyasına Əlavə”də nəzərdə tutulan iqtisadi fəaliyyət növləri üzrə aşağıdakı kimi müəyyən edilsin:

 

İqtisadi fəaliyyət növü İqtisadi fəaliyyət növünün seksiya və kodu
1-ci risk dərəcəsi
Yaşayış üçün yerlər tərəfindən xidmətlərin göstərilməsi İ 55
Proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət J 62
İnformasiya xidmətləri fəaliyyəti J 63
Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) K 64
Sığorta, təkrarsığorta və pensiya təminatı K 65
Hüquq və mühasibat uçotu sahəsində fəaliyyət M 69
Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət M 70
İctimai və humanitar elmlər sahəsində tədqiqatlar və işləmələr M 722
Reklam fəaliyyəti və bazarın öyrənilməsi M 73
Məşğulluq sahəsində fəaliyyət N 78
Səyahət agentliklərinin və turoperatorların əvvəlcədən sifariş etmə xidməti və bununla əlaqədar fəaliyyət N 79
Mənzərələrin dəyişdirilməsi üzrə xidmətlərin göstərilməsi N 813
Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat O 84
İctimai birliklərin (təşkilatların) fəaliyyəti S 94
Toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti U 99
2-ci risk dərəcəsi
Avtomobillərin satışı G 451
Avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların satışı G 453
Avtomobil və motosikletlərin satışından başqa, topdan satış G 46
Avtomobil və motosikletlərin satışından başqa pərakəndə satış G 47
Poçt və kuryer fəaliyyəti H 53
İçki və yeməklərin satışı ilə əlaqədar xidmətlərin göstə rilməsi İ 56
Kinofilmlərin, video və te leviziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət J 59
Proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət J 60
Məlumat texnologiyaları və hesablama texnikası sahəsində sair fəaliyyət J 63
Maliyyə xidmətləri və sığorta sahəsində yardımçı fəaliyyət K 66
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar L 68
Memarlıq, mühəndis axtarışları və bu sahələrdə texniki məsləhətlərin verilməsi M 711
Təbii və texniki elmlər sahəsində tədqiqatlar və işləmələr M 721
Digər peşəkar, elmi və texniki fəaliyyət M 74
Kirayə və lizinq fəaliyyəti N 77
Təmizlik işləri üzrə fəaliyyət N 812
Biznesin mühafizəsinə yönəldilmiş inzibati və sair əlavə fəaliyyət N 82
Təhsil R 85
Səhiyyə sahəsində fəaliyyət Q 86
Sosial xidmətlərin göstərilməsi Q 87
Yaşayışla təminatsız sosial xidmətlərin göstərilməsi Q 88
İncəsənət sahəsində sair fəaliyyətin göstərilməsi və mədəni-kütləvi əyləncəli tədbirlərin həyata keçirilməsi R 90
Kitabxana, arxiv, muzeylərin və digər mədəniyyət müəssisələrinin fəaliyyəti R 91
Qumar oyunlarının təşkili və mərc çəkmək üzrə fəaliyyət R 92
İstirahət və əyləncələrin təşkili üzrə fəaliyyət R 932
Sair fərdi xidmətlərin göstərilməsi S 96
3-cü risk dərəcəsi
Birillik bitkilərin becərilməsi A 011
Çoxillik bitkilərin becərilməsi A 012
Bitkilərin çoxaldılması (əkilməsi) A 013
Heyvandarlıqla əlaqəli bitkiçilik A 015
Geyim istehsalı C 14
Poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara çoxaldılması C 18
Oyun və oyuncaqların istehsalı S 324
Nəşriyyat fəaliyyəti J 58
Baytarlıq fəaliyyəti M 75
4-cü risk dərəcəsi
Heyvandarlıq A 014
Kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi A 016
Balıqyetişdirmə A 032
Süd məhsullarının istehsalı C 105
Sabun və yuyucu tozların, təmizləyici və cilalayıcı vasitələrin, ətriyyat və kosmetika vasitələrinin istehsalı C 20 4
Əczaçılıq məhsullarının istehsalı C 21
Motosikletlərin, onların hissələrinin, qovşaqlarının və ləvazimatlarının satışı, motosikletlərə texniki xidmət və təmiri G 454
Yardımçı- texniki xidmətlərin fəaliyyəti N 811
Muzdlu işçilərlə şəxsi ev təsərrüfatlarının fəaliyyəti T 97
5-ci risk dərəcəsi
Ovçuluq və vəhşi heyvanların yetişdirilməsi və bu sahələrdə xidm ətin göstərilməsi A 017
Ət məhsullarının istehsalı (emalı) C 101
Dəyirman-ding sənayesi məhsullarının nişasta və nişasta məhsullarının istehsalı C 106
Un və un məmulatlarının istehsalı C 107
Heyvanlar üçün hazır yemlərin istehsalı C 109
İçki istehsalı C 11
Toxuculuq sənayesi C 13
İstintaqın aparılması və təhlükəsizliyin təminatı N 80
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı S 15
Mərkəzi istilik qazanlarından başqa buxar qazanlarının istehsalı C 253
İdman sahəsində fəaliyyət R 931
6- cı risk dərəcəsi
Sair qida məhsullarının istehsalı C 108
Kompüter, elektron və optik məhsulların istehsalı C 26
Zərgərlik məmulatların və süni daş-qaşların istehsalı C 321
Musiqi alətlərinin istehsalı C 322
İdman mallarının istehsalı C 323
Digər qruplara daxil edilməyən müxtəlif məhsulların istehsalı C 329
Bəzək və tamamlayıcı işlər F 433
Anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti H 52
Kompüterlərin, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri S 95
7-ci risk dərəcəsi
Meyvə və tərəvəzlərin emalı və konservləşdirilməsi C 103
Bitki və heyvan yağları və piylərinin istehsalı C 104
Tütün məmulatlarının istehsalı S 12
Kağız və karton istehsalı C 17
Şüşə və şüşədən məmulatların istehsalı C 231
Odadavamlı məmulatların istehsalı C 232
Gildən sair tikinti məmulatlarının istehsalı C 233
Sair çini və saxsı məmulatların istehsalı S 234
Metalların emalı və metallara örtük çəkilməsi, maşınqayırmanın əsas texnoloji prosesləri C 256
Bıçaq məmulatlarının, alətlərin və dəmir məmulatlarının istehsalı C 257
Tullantıların yığılması, emalı və məhv edilməsi; istehsalat tu ll antılarında n təkrar istifadə edilməsi E 38
Boru kəməri nəqliyyatının fəaliyyəti N 495
Texniki sınaq və nəzarət M 712
8-ci risk dərəcəsi
Rezin və plastmas məmulatların istehsalı C 22
Gəmiqayırma C 301
Hazır metal məmulatlarının, maşın və avadanlıqların təmiri C 331
Şəhərlərarası dəmir yolu xətti ilə sərnişin daşınması H 491
Dəmir yolu vasitəsilə yük daşınması H 492
Su nəqliyyatının fəaliyyəti H 50
Hava nəqliyyatının fəaliyyəti H 51
Rabitə J 61
9-cu risk dərə cəsi
Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı; hopdurma və hörmə materialların istehsalı C 16
Silah və hərbi sursat istehsalı C 254
Dəzgahların istehsalı C 284
Mebellərin istehsalı C 31
Tibbi və stomatologiya təcrübəsində tətbiq olunan alətlərin istehsalı C 325
Digər tullantıların yığılması və məhv edilməsi E 39
Sair quru yol nəqliyyatının fəaliyyəti H 493
Yük avtomobil nəqliyyatlarının fəaliyyəti H 494
10-cu risk dərə cəsi
Boya və lakların istehsalı C 203
Sair kimyəvi məhsulların istehsalı C 205
Süni və sintetik kimyəvi liflərin istehsalı S 206
Metalın döyülməsi, preslənməsi, ştamplanması və profillənməsi, toz metallurgiyası C 255
Elektrik naqillərinin və elektrik şəbəkələri üçün cihazların istehsalı S 273
Elektrik lampaları və işiqlandırıcı avadanlıqların istehsalı C 274
Məişət cihazlarının istehsalı S 275
11-ci risk dərəcəsi
Balıq, xərçəngkimilər və molyuskaların emalı və konservləşdirilməsi C 102
Abraziv məmulatların və sair qeyri-metal mineral məhsulların istehsalı S 239
Sair hazır metal məmulatlarının istehsa lı C 259
Ümumi təyinatlı sair maşınların istehsalı S 282
12-ci risk dərəcəsi
Balıqçılıq A 031
Çuqun, polad və ferroərinti istehsalı C 241
Poladdan boru, içi boş profillər və birləşdirici hissələrin istehsalı C 242
Elektrik mühərriklərinin, generatorlarının, transformatorların və elektrik paylayıcı və tənzimləyici cihazlarının istehsalı C 271
Sair elektrik avadanlıql arının isteh sal ı C 279
Ümumi təyinatlı avadanlıqların istehsalı C 281
Kənd və meşə təsərrüfatı üçün maşın və avadan lıqların istehsalı C 283
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı C 29
Dəmir yolu nəqliyyatı vasitələrinin istehsalı C 302
Hərbi avtomobillərin istehsalı C 304
Digər qruplara daxil edilməyən nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı C 309
Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri G 452
13-cü risk dərəcəsi
Meşə təsərrüfatı və bu sahədə xidmətin göstərilməsi A 02
Koks və təmizlənmiş neft məhsullarının istehsalı C 19
Əsas kimyəvi maddələrin, gübr ə və azot birləşmələrinin, ilkin formalarda plastik kütlə və sintetik kauçukun istehsalı C 201
Sement, əhəng və gips istehsalı C 235
Əlvan metalların istehsalı C 244
Metal tökmə C 245
Xüsusi təyinatlı sair maşın və avadanlıqların istehsalı C 289
Sənaye maşın və avadanlıqlarının quraşdılrılması C 332
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat D 35
Suyun yığılması, təmizlənməsi və paylanması E 36
Çirkli suların yığılması və emalı E 37
Binaların sökülməsi və tikinti sahəsinin hazırlanması F 431
Elektrik və su kəməri sistemlərinin və sair mühəndis avadanlıqlarının quraşdırılması F 432
İxtisaslaşdırılmış tikinti işləri F 439
14-cü risk dərəcəsi
Daş kömür və liqnit hasilatı B 05 Xam neft və təbii qaz hasilatı B 06
Metal filizlərinin hasilatı V 07
Mədənçıxarma sənayesinin digər sahələri B 08
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi B 09
Aqrokimyəvi məhsulların istehsalı C 202
Beton, gips və sementdən məmulatların istehsalı C 236
Dekorativ və tikinti daşlarının kəsilməsi, emalı və naxışlanması C 237
Çuqun və poladın sair ilkin emalı C 243
Metaldan tikinti konstruksiyaları və məmulatlarının istehsalı C 251
Metal sisternlərin, radiatorların və çənlərin istehsalı C 252
Batareyaların və akkumulyatorların istehsalı C 272
Kosmik aparatlar da daxil olma qla, uçan aparatların istehsalı C 303
Binaların tikintisi F 41
Mül kü tə yi natlı inşaat işləri F 42

 

2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tarifləri peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilməklə aşağıdakı kimi müəyyən edilsin:

 

Peşə riskinin dərəcəsi Sığorta olunanların kateqoriyaları üzrə sığorta tarifi (faizlə)
qulluqçular fəhlələr
1 0,2 0,4
2 0,2 0,5
3 0,2 0,6
4 0,2 0,8
5 0,2 0,9
6 0,3 1,0
7 0,3 1,2
8 0,3 1,4
9 0,4 1,5
10 0,4 1,6
11 0,4 1,7
12 0,5 1,8
13 0,5 1,9
14 0,5 2,0

 

3. Nəzərə alınsın ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsində istifadə olunan sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunanların istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə görə kateqoriyalar üzrə bölgüsünün Qaydası” ilə tənzimlənir.

 

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013