Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Kardiologiya ixtisası üzrə suallar

Kardiologiya üzrə suallar

 

 

 

1. Quruluşça tiroid hormonlarına oxşar antiaritmik dərman hansıdır?

2. Hansı beta-blokator II-ci qrup antiaritmik dərmanlara aid deyil?

3. IV-cü qrup antiaritmik dərmanlar hansılardır?

4. Antiaritmik dərmanların göstərilən təsir mexanizmlərindən hansı səhvdir?

5. Aşağıdakı preparatlardan hansı supraventrikulyar aritmiyalarda təsirsizdir?

6. Supraventrikulyar aritmiyalara qarşı ən təsirli antiaritmik dərman hansıdır?

7. Ən qısa yarımxaricolma müddətli antiaritmik dərman hansıdır?

8. Bu preparatlardan hansı “torsades de pointes” aritmiyasını yaradır?

9. Hipo- və ya hipertireoidizm, fotosensibilizasiya, pulmonal fibroza hansı antiaritmik preparat səbəb ola bilər?

10. Hansı antiaritmik dərman qırmızı qurdeşənəyi sindromu, aqranulositoz, pansitopeniya kimi əlavə təsirlər yarada bilər?

11. Qulaqcıq fibrilyasiyasında mədəciklərin yiğılma qabiliyyətini qorumaq üçün hansı preparat istifadə oluna bilər?

12. Miokard infarktı keçirmiş xəstələrdə ikincili infarkt və qəfləti ölüm hallarının qarşısını alan preparat hansıdır?

13. Hansı dərman-aritmiya növü əlagəsi düzgündür?

14. Aşağıdakı antiaritmik preparatlardan hansı atrio-ventrikulyar keçiriciliyə ən az təsir edir?

15. Aşağıdakı preparatlardan hansını paroksizmal supraventrikulyar taxikardiyanın müalicəsində istifadə etmək olmaz?

16. Aşağıda göstərilən antiaritmik dərmanlardan hansının əlavə təsirləri düzgün göstərilib?

17. Ən qısa təsirli beta-blokator hansıdır?

18. Postqanqlionar simpatik ötürücülüyü blokada edən antiaritmik dərman hansıdır?

19. Kalsium kanalının blokatorları hansı aritmiyalarda istifadə olunur?

20. Aşağıdakı əlamətlərdən hansı Volf-Parkinson-Vayt sindromu üçün düzgün deyil?

21. Hansı antiaritmik preparat ürək qlikozid intoksikasiyasının müalicəsində əks göstərişdir?

22. Hansı dərman AV düyünündə refrakter mərhələni effektiv uzatdığı üçün istifadə oluna bilər?

23. Hansı preparat Purkinye liflərinin avtomatizmini artırmır?

24. III-cü qrup antiaritmik preparatlara nə aiddir?

25. Hansı xəstəliklər zamanı bradi-taxikardial sindromun yaranma tezliyi yüksəkdir?

26. Sürüşən yığılmalara nə aiddir?

27. Volf-Parkinson-Vayt sindromlu xəstələrdə tez-tez nə müşahidə olunur?

28. Antiaritmik preparatlar aritmogen effektə ( aritmiyaların güclənməsinə və ya yeni növ ritm pozğunluğunun meydana çıxmasına ) səbəb olurlar. Bu halda aşağıdakılardan hansı doğrudur?

29. Anaprilinin (obzidan) orta effektiv sutkalıq dozası nə qədərdir?

30. Allapininin orta effektiv sutkalıq dozası nə qədərdir?

31. Aşağıdakı preparatlardan hansı səyrici aritmiya zamanı ürək vurğularının sayını azaltmaq üçün istifadə olunmur?

32. Volf-Parkinson-Vayt sindromlu xəstələrdə səyrici aritmiya zamanı aşağıdakı preparatlardan hansının istifadəsinə əks-göstəriş var?

33. Mədəciküstü taxikardiya tutmalarının müalicəsində ən effektli preparat hansıdır?

34. Sinus düyünü disfunksiyası əlaməti aşağıdakılardan hansıdır?

35. Aşağıdakılardan hansı I dərəcəli atrioventrikulyar blokada zamanı EKQ-də müşahidə olunur?

36. III dərəcəli atrioventrikulyar blokadada aşağıdakı dəyişikliklərdən hansı EKQ-də müşahidə olunur?

37. I tip II dərəcəli (Mobits I) atrioventrikulyar blokada üçün nə xarakterdir?

38. II tip II dərəcəli (Mobits II) atrioventrikulyar blokada üçün nə xarakterdir?

39. II dərəcəli sinoatrial blokadanın əlaməti hansıdır?

40. Aşağıdakılardan hansı ektopik ritmdir?

41. EKQ-də QRS kompleksinin genişlənməsi hansı hallarda müşahidə olunur?

42. Geniş QRS kompleksli taxikardiyalar haqqında aşağıdakılardan hansı doğrudur?

43. Geniş QRS kompleksli sürətlənmiş ritmlərdə mədəcik taxikardiyası əlamətləri aşagıdakılardan hansıdır?

44. Mədəcikdaxili keçiriciliyin “taxiasılı” pozulması ilə birlikdə müşahidə olunan mədəciküstü taxikardiyalarda QRS kompleksləri üçün nə xarakterikdir?

45. Ritm pozğunluğu olan xəstələrdə müalicənin aparılması üçün göstərişlər hansıdır?

46. Antiaritmik preparatlar neçə qrupa bölünür?

47. Xinidin qəbulu zamanı müşahidə olunan ən təhlükəli ağırlaşma hansıdır?

48. Xinidin, dizopiramid, novokainamid preparatlarının qəbulu zamanı müşahidə olunan “piruet” tipli aritmiyaların səbəbi aşağıdakı faktorlardan hansıdır?

49. Kordaron qəbulu zamanı müşahidə olunan ən təhlükəli ağırlaşma hansıdır?

50. Antiaritmik preparatlardan ən güclü xolinolitik təsirə malik olan hansıdır?

51. Beta-blokator istifadəsinə əks göstəriş hansıdır?

52. Verapamilin (finoptin) venadaxili yeridilməsi aşağıdakılardan hansına səbəb olur?

53. Volf – Parkinson – Vayt sindromlu xəstələrdə səyrici arimiya zamanı aşağıdakı preparatlardan hansının venadaxili yeridilməsinə əks göstəriş var?

54. Aşağıdakı preparatlardan hansı qanda ürək qlikozidlərinin konsentrasiyasının yüksəlməsinə səbəb olur?

55. Ürək qlikozidləri ilə intoksikasiya əlaməti hansıdır?

56. Hansı hallarda antiaritmik preparatların təyini zamanı aritmogen effektin meydana çıxma ehtimalı daha çoxdur?

57. Hansı halda ritm pozğunluğunu aradan qaldırmaq üçün elektroimpuls terapiyasının gücü 3Kv-dan böyük olmalıdır?

58. Hansı halda paroksizmal taxikardiya tutmasını aradan qaldırmaq üçün ürəyin elektrik stimulyasiyasından istifadə etmək daha məqsədəuyğundur?

59. İmplantasiya olunmuş kardiostimulyatorlar hansı məqsədlərlə istifadə olunur?

60. “Kardiostimulyator sindromu” əlaməti hansıdır?

61. Hansı xəstələrdə klinik simptomların olmadığı halda belə kardiostimulyator implantasiyası göstərişdir?

62. Postinfarkt kardiosklerozlu xəstələrdə mədəcik taxikardiyalarının cərrahi üsulla müalicəsi hansıdır?

63. Ritm pozğunluğunun müalicəsində aşağıdakılardan hansı istifadə olunur?

64. Hansı hallarda ürəkdə sürətlənmiş ektopik ritmlər müşahidə oluna bilər?

65. Fiziki gərginliklə əlaqədar olmayan sinus taxikardiyasının səbəbi aşağıdakılardan hansıdır?

66. Yüksək tezlikli səyrici aritmiya zamanı mədəcik yığılmalarının sayını azaltmaq üçün hansı preparatın təyini daha məqsədəuyğundur?

67. Hansı hallarda səyrici aritmiyanın daimi formasında tromboemboliya baş vermə ehtimalı daha yüksəkdir?

68. Hansı hallarda səyrici aritmiya zamanı ürək vurğularının sayı həddindən artıq çox olur?

69. Qulaqcıqların əsməsinin müalicəsində aşağıdakılardan hansı istifadə olunur?

70. Səyrici aritmiya paroksizmlərində sinus ritminin bərpası üçün hansı preparat istifadə olunur?

71. III-cü sinif antiaritmik dərman hansıdır?

72. Beta-blokatorlar hansı qrup antiaritmik dərmanlara aiddir?

73. Aşağıdakı supraventrikulyar taxikardiya növlərindən hansı II dərəcəli atrioventrikulyar blokada meydana gəldikdə həmişə aradan qalxır?

74. Mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün ilk növbədə hansı preparat istifadə olunur ?

75. Lidokain effektli olmayanda mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün hansı preparat təyin edilir?

76. Sağ mədəciyin aritmogen displaziyası üçün aşağıdakılardan hansı doğrudur?

77. Qəfləti ölümdən reanimasiya olunmuş xəstələrdə antiaritmik terapiyanın effektivliyi necə qiymətləndirilir?

78. EKQ-də sinus düyününün zəifliyi sindromu əlamətləri müşahidə olunanda aşağıdakılardan hansı doğrudur?

79. Sinus düyünü zəifliyi sindromu olan xəstələrdə paroksizmal səyrici aritmiya zamanı ürək vurğularının sayını azaltmaq üçün hansı preparatın istifadəsı daha məqsədəuyğundur?

80. I dərəcəli daimi atrioventrikulyar blokada üçün aşağıdakılardan hansı doğrudur?

81. Bir neçə sikl ərzində kompensator pauza ilə müşahidə olunan ( RR və ya PP intervallarının birdən uzanması), RR (PP) intervallarının periodik proqressiv azalması aşağıdakılardan hansı üçün xarakterdir?

82. Hansı hallarda fiziki gərginliklə və ya atropin yeritməklə keçiriciliyi bərpa etmək olar?

83. AV düyünü səviyyəsində daimi III dərəcəli AV blokada haqqında aşağıdakılardan hansı doğrudur?

84. Sakitlik potensialı nədir?

85. Aktivlik potensialı nədir?

86. Sinus düyünü hüceyrələrində avtomatizmi təmin edən nədir?

87. Miokardın keçiricilik sürəti nədən asılıdır?

88. Elektrostimulyatorun səbəb olduğu taxiaritmiyalar hansı mexanizmlə yaranır?

89. Venoz nəbzdə güclənmiş (giqant), nizamsız dalğalar hansı halda müşahidə olunur?

90. AV düyündə keçiriciliyi ən çox zəiflədən preparat hansıdır?

91. Hansı preparat aktivlik potensialının davamiyyət müddətini ən çox uzadır?

92. Mədəcik miokardında repolyarizasiyanı sürətləndirən preparat hansıdır?

93. Antiaritmik preparatların aritmogen təsirlərinin daha çox ehtimal oluna biləcək səbəbi hansıdır?

94. Preparatların antiaritmik təsirlərinin nəzəri cəhətdən izahı hansıdır?

95. Aşağıdakı preparatlardan hansının “antifibrilyator” aktivliyi daha yüksəkdir?

96. Aşağıdakı preparatlardan hansı ən güclü mənfi inotrop təsirə malikdir?

97. Aşağıdakı preparatlardan hansı vazokonstriktor təsirə malikdir?

98. Aşağıdakı preparatlardan hansının qəbulu zamanı “piruet” tipli mədəcik taxikardiyası daha çox müşahidə olunur?

99. Aşağıdakı preparatlardan hansının qəbulu zamanı aritmogen effekt daha çox müşahidə olunur ?

100. Aşağıdakı preparatlardan hansının qəbulu zamanı QRS kompleksinin genişlənməsi ilə əlaqədar olmayan QT intervalının uzanması müşahidə olunur?

101. Hansı preparatın qəbulu zamanı qurdeşənəyi sindromu müşahidə olunur?

102. Aşağıdakılardan hansının müalicəsində maqnezium sulfatın venadaxili yeridilməsi effektlidir?

103. Hansı halda ATF-in sürətlə venadaxili yeridilməsi effektlidir?

104. Aşağıdakılardan hansı fiziloji elektrostimulyasiya adlanır?

105. Stimulyasiya tezliyi avtomatik dəyişən elektrokardiostimulyatorlar fiziki aktivlik zamanı aşağıdakılardan hansına reaksiya verirlər?

106. Ritm bərpa olunduqdan sonra mədəcik stimulyasiyasının kəsilməsi zamanı meydana çıxan dərin mənfi T dişcikləri haqqında aşağıdakılardan hansı doğrudur?

107. Aşağıdakılardan hansı ürəkdə sürətlənmiş ektopik ritmin səbəbi ola bilməz?

108. Hansı preparatın qəbulu zamanı II və III dərəcəli AV blokada ilə eyni zamanda AV düyünündən sürətlənmiş ritm inkişaf edə bilər?

109. Aşağıdakılardan hansı sinus taxikardiyasına səbəb olmur?

110. Sinoatrial resiprok taxikardiyanın sinus taxikardiyasından fərqi nədir?

111. Səyrici aritmiya zamanı beyin damarlarının tromboemboliyası haqqında aşağıdakılardan hansı doğrudur?

112. Səyrici arimiya zamanı ürək vurğularının sayının həddindən çox olmasının səbəbi nədir?

113. Volf - Parkinson -Vayt sindromlu xəstələrdə, eləcə də mədəciklərin vaxtından qabaq oyanması olmayan xəstələrdə səyrici aritmiya zamanı ürək vurğularının sayını azaldan preparat hansıdır?

114. Səyrici aritmiyanın daimi formasında sinus ritminin bərpası üçün göstəriş hansıdır?

115. Hansı preparatın qəbulu qulaqcıq səyriməsi zamanı ürək vurğularının sayının azalmasına səbəb olur?

116. İkiyönlü mədəcik taxikardiyası haqqında aşağıdakılardan hansı doğrudur?

117. Sağ mədəciyin aritmogen displaziyası üçün aşağıdakılardan hansı doğrudur?

118. Sağ mədəciyin aritmogen displaziyası olan xəstələrdə instrumental müayinə zamanı aşağıdakılardan hansı aşkar olunur?

119. Ürəyin qapalı masajının effektliyini necə artırmaq olar?

120. Təkrari elektrik defibrilyasiyasının effektivliyini artırmaq üçün hansı preparatın venadaxili yeridilməsi məsləhətdir?

121. Təkrari elektrik defibrilyasiyasının effektivliyini artırmaq üçün hansı preparatın venadaxili yeridilməsi məsləhətdir?

122. Reanimasiya olunmus xəstələrdə mədəcik fibrilyasiyası residivinin baş vermə tezliyini necə azaltmaq olar?

123. Postinfarkt xəstələrdə hansı preparat ekstrasistoliyanın müalicəsi fonunda ölüm faizini artırır?

124. XÜÇ-nın əsas patogenetik mexanizmi hansıdır?

125. Natriuretik peptidlərin neçə tipi var?

126. XÜÇ ən çox təsadüf olunan səbəbi?

127. Aşağıdakı xəstəliklərdən hansı sol ürək çatmamazlığının səbəbi deyil?

128. Bunların hansı refrakter ürək çatmamazlığına səbəb olur?

129. Hansı xəstəlik zamanı XÜÇ olan xəstələrdə EKQ-də sol qulaqcıqla sağ mədəciyin hipertrofiyası aşkar olunur ?

130. XÜÇ-nın ən geniş yayılmış təsnifatının müəllifi kimdir?

131. Nyu – York təsnifatında (NYHA) XÜÇ–in neçə funksional sinfi var?

132. III FS XÜÇ-də altı dəqiqəlik yeriş sınağına hansı məsafə uyğundur?

133. Sol mədəciyin struktur və həndəsi formasının dəyişməsi necə adlanır?

134. XÜÇ-də ən çox təsadüf edilən şikayət hansıdır?

135. Qanda reduksiyaolunmuş hemoqlobinin miqdarı neçə faizdən çox olduqda sianoz görünür?

136. XÜÇ zamanı sianozun dərəcəsi nədən asılıdır?

137. Anasarka nədir?

138. XÜÇ zamanı ən çox təsadüf edilən ciddi ritm pozulması hansıdır?

139. Məcburi oturaq vəziyyət XÜÇ-nin hansı mərhələsində olmur?

140. Aşağıdakılardan hansı ürək əzələsinin zədələnməsinin ciddi auskultativ əlamətidir?

141. XÜÇ-dən qəfləti ölümün əsas səbəbi nədir?

142. XÜÇ zamanı ən çox təsadüf edilən və hemodinamikanı pozan aritmiya hansıdır?

143. Diffuz sianoz hansı halda daha aydın nəzərə çarpır?

144. XÜÇ zamanı həyat üçün təhlükəli tromboemboliya ən çox hansı arteriyada baş verə bilər?

145. Sol mədəcik çatmamazlığı olan XÜÇ xəstələrində döş qəfəsinin rentgenoloji müayinəsində hansı əlamətə ən çox təsadüf edilir?

146. XÜÇ zamanı plevra boşluğunda mayenin miqdarının hansı səviyyəyə çatması torakosentez üçün göstərişdir?

147. Stress exokardioqrafiya nəyi təyin etmək üçün istifadə edilir?

148. Atım fraksiyasının (AF) hansı faizi yüngül dərəcəli sistolik disfunksiya göstəricisidir?

149. Atım fraksiyası (AF) nədir?

150. Ürəyin dəqiqəlik həcmi nədir?

151. XÜÇ zamanı sol mədəciyin diastolik disfunksiyasının ən yaxşı müayinə üsulu hansıdır?

152. XÜÇ diaqnozu üçün aşağıdakı instrumental metodlardan hansı daha informativdir?

153. EKQ-də ağciyər ürəyi zamanı aşağıdakılardan ən çox təsadüf edilən əlamət hansıdır?

154. Bu dərmanlardan hansı XÜÇ olan xəstələrin orqanizmində Na və suyun ləngiməsinə səbəb ola bilər?

155. Bu dərmanlardan hansı XÜÇ proqnozuna daha yaxşı təsir edir?

156. Bu diuretiklərdən hansı metabolik asidoza səbəb ola bilər?

157. XÜÇ olanlarda xəstəliyin proqnozuna aşağıdakı β-adrenoblokatorlardan hansı daha yaxşı təsir edir?

158. Enalaprilin XÜÇ-nın müalicəsində hədəf dozası neçədir?

159. XÜÇ zamanı perindoprilin hədəf dozası neçədir?

160. XÜÇ zamanı bisoprololun başlanğıc və maksimal dozası hansıdır?

161. Karvedilolun XÜÇ zamanı maksimal dozası neçədir?

162. Bu dərmanlardan hansı AÇFİ ilə birgə verilməsi hiperkaliemiya yarada bilər?

163. Bu dərmanlardan hansı ACF inhibitorlarına aiddir?

164. Bu diuretiklərdən hansı I funksional sinif ürək çatmamazlığında işlədilməlidir?

165. Periferik ödemlər və taxisistolik səyrici aritmiya olanlarda ən vacib dərman kombinasiyası hansıdır?

166. Ürək çatmamazlığı ilə nəticələnən bu xəstəliklərdən hansının müalicəsində digitalis verilməsi əks göstərişdir?

167. XÜÇ mərhələsindən asılı olmayaraq aşağıda qeyd olunan hansı xəstəlik zamanı β-blokator istifadəsi məqsədəuyğundur?

168. Aşağıdakı β-blokatorlardan bronxial obstruksiyaya ən az mənfi təsir edən hansıdır?

169. Ürək qlikozidlərinin müsbət inotrop təsiri nəyin nəticəsində baş verir?

170. Digitalis intoksikasiyası hansı hallarda daha tez baş verir?

171. XÜÇ zamanı bu dərmanlardan hansı β-blokatorlarla eyni vaxtda verilə bilməz?

172. Kəskin ürək çatmamazlığında əks göstəriş olan dərman preparatı hansıdır?

173. İkincili aldosteronizmin əsas səbəbi nədir?

174. XÜÇ-də diuretik istifadəsi hesabına xaric olunan sidiyin miqdarının qəbul edilən mayedən nə qədər çox olması məsləhətdir?

175. AÇFİ-nin ən xoşagəlməz yanaşı təsiri hansıdır?

176. Aşağıdakılardan hansı PQ intervalının uzanmasına təsir edir?

177. Qlikozid intoksikasiyasında ən effektli antiaritmik dərman hansıdır?

178. Bu diuretiklərdən hansı hipokaliemiyaya səbəb olmur?

179. Kardiogen ağciyər ödeminin aradan qaldırılması üçün müalicəni hansı dərmanla başlamaq lazımdır?

180. I mərhələ XÜÇ müalicəsi üçün hansı tədbirlərin aparılması kifayətdir?

181. XÜÇ olan xəstələr gündə nə qədər xörək duzu qəbul edə bilər?

182. XÜÇ olan xəstələrə hansı pəhriz stolu təyin edilməlidir?

183. Qan plazmasında maqneziumun normal miqdarı neçədir?

184. Qan plazmasında kaliumun normal miqdarı neçədir?

185. XÜC-də aşağıdakı preparatlardan hansı venaları genişləndirir?

186. Furosemidin XÜC zamanı maksimal sutkalıq dozası neçədir?

187. Bu dərmanlardan hansı XÜC zamanı arteriyaları genişləndirir?

188. XÜC-da diqoksinin saxlayıcı dozası neçədir?

189. Mitral stenozu və daimi səyrici aritmiyası olan xəstələrə digitalis preparatlarının verilməsində əsas məqsəd nədir?

190. Bu dərmanlardan hansı qanda ürək qlikozidlərinin effektini qaldıra bilər?

191. Aşağıda qeyd olunan EKQ əlamətlərindən hansı ürək qlikozidləri ilə intoksikasiyadan yarana bilər?

192. Ürək çatmamazlığı olanlarda aritmiya zamanı hansı dərman daha effektlidir?

193. XÜÇ olan xəstələrdə hiperkaliemiya aşkar edildikdə hansı yardım göstərilməlidir?

194. Ürək qlikozidləri nəyin hesabına ürək vurğularının sayını azaldır?

195. Ürək qlikozidinin qəbulu zamanı nə baş verə bilər?

196. Ürək qlikozidləri ilə müalicə zamanı EKQ-də hansı dəyişiklik baş verə bilər?

197. Ağciyər ürəyinin inkişafına səbəb olan faktor hansıdır?

198. Xroniki ağciyər ürəyinin əsas səbəbi hansıdır?

199. Nikturiyanın səbəbi nədir?

200. İkincili aldestoronizmin əsas klinik əlaməti hansıdır?

201. Bu dərmanlardan hansının ototoksik təsiri vardır?

202. Bu dərmanlardan hansı AÇFİ preparatlarının təsirini azalda bilər?

203. Miokardın subendokardial işemiyası üçün hansı səciyyəvidir?

204. “İkili hasil” göstəricisi – miokardın oksigenə olan tələbatının müəyyən mənada göstəricisi olmaqla nədən ibarətdir?

205. ÜİX ilə olan xəstələrin proqnozuna koronar şuntlamanın müsbət təsiri hansı halda sübuta yetirilmişdir?

206. Tac damarının hemodinamik əhəmiyyətli daralması nə hesab edilir?

207. Sabit stenokardiyanın mütləq əlamətləri hansılardır?

208. Miokardın oksigenə tələbatı və onun tac damar yatağı ilə çatdırılması arasında olan uyğunsuzluq hansı halda miokardın işemiyasının səbəbidir?

209. Vazospastik (Prinsmetal formalı) stenokardiyada hansı əlamətlər rast gəlir?

210. Aşağıdakılardan hansı ilk dəfə baş verən stenokardiyanın nəticəsi ola bilər?

211. Düz yerdə yavaş yeriyərkən hansı funksional sinifdən olan xəstələrdə sabit stenokardiya tutmaları baş vermir?

212. Sabit stenokardiyası olan xəstələrdə ST seqmentinin depressiyasının ağrısız epizodları nə ilə səciyyələnir?

213. Miokardın keçici transmural işemiyası üçün hansı səciyyəvidir?

214. Fiziki yük sınağının aparılmasına mütləq əks göstərişlər hansılardır?

215. Fiziki yük sınağının kəsilməsinə mütləq göstəriş hansıdır?

216. Fiziki yük sınaqlı EKQ-nin hansı nəticəsi ÜİX-ni təsdiq edir?

217. Hansı EKQ dəyişikliyi fiziki yük sınağı aparılarkən ÜİX-nin yüksək ehtimalını göstərir?

218. Vazospastik stenokardiyalı xəstələrin EKQ diaqnostikasında ən çox informativ üsul hansıdır?

219. ÜİX-nin diaqnostikasında nə istifadə edilə bilər?

220. Hansı hal təxirəsalınmaz koronaroqrafiyanın aparılmasını tələb edir?

221. Nitratların qəbulu zamanı miokardın oksigenə olan tələbatının azalması nə ilə əlaqədardır ?

222. Beta-blokatorların qəbulunda miokardın oksigenə tələbatının azalması əsasən onların hansı xüsusiyyəti ilə əlaqədardır?

223. Kalsium antaqonistlərinin qəbulunda miokardın oksigenə tələbatının azalması əsasən onların hansı xüsusiyyəti ilə əlaqədardır?

224. Vazospastik stenokardiyası olan xəstələrdə daha çox effektiv olan preparat hansıdır?

225. Yanaşı gedən arterial hipertenziya ilə birlikdə ÜİX olan xəstələrdə daha çox hansı preparata üstünlük vermək lazımdır?

226. Birdəfəlik qəbulda nitrosorbidin antianginal təsir müddəti əksər xəstələrdə neçə saatdır?

227. Daha çox hansı preparat sol mədəciyin ön yüklənməsini azaldır?

228. ÜİX və sinus düyünü zəifliyi olan xəstələrdə hansı preparatı təyin etmək olmaz?

229. Ortostatik hipotoniya hansı preparatın qəbulundan sonra baş verə bilər?

230. Sabit stenokardiyalı xəstələrdə dərman preparatlarının antianginal təsirinin ən etibarlı meyarı hansıdır?

231. Bu antianginal dərman kombinasiyalarından daha çox mənfi inotrop təsirə malik olan hansıdır?

232. Bu dərman qruplarından hansı kalsium antaqonistlərinə aiddir?

233. Kəsmə sindromu daha çox hansı preparatlara aiddir?

234. ÜİX olan xəstələrdə beta-blokatorların kəsilməsi nə ilə nəticələnə bilər?

235. Sistematik qəbul nəticəsində hansı preparata qarşı tolerantlıq (həssaslığın azalması) inkişaf edə bilər?

236. Nitratlara qarşı tolerantlıq inkişaf edərsə, lazımi effekti almaq üçün müalicəni hansı müddətə kəsmək lazımdır?

237. Hansı qrup dərman preparatlarının qəbulu başağrısını törədə bilər?

238. Hansı qrup dərman preparatlarının qəbulu topuqların ödemi kimi əlavə təsir törədə bilər?

239. Hansı qrup dərman preparatları lipoproteid mübadiləsinə mənfi təsir göstərir?

240. AV keçiriciliyi yavaşıdan antianginal dərman preparatlarının qrupu hansıdır?

241. Sinus düyünü avtomatizmini yavaşıdan antianginal dərman preparatlarının qrupu hansıdır?

242. İdiopatik subaortal stenozu olan sabit stenokardiyalı xəstələrdə hansı antianginal dərman preparatları üstünlüyə malikdir?

243. Miokardın işemiyasının ağrısız epizodları ilə gedən ÜİX olan xəstələrə antianginal preparatların qəbulunun təyini hansı əhəmiyət kəsb edir?

244. Kalsium antaqonistlərindən hansı daha çox mənfi inotrop təsirə malikdir?

245. Stenokardiyanın səbəbləri hansılardır?

246. ÜİX olan xəstələrdə tac damarların zədələnməsinin səbəbləri hansılardır?

247. ÜİX-nin müasir klassifikasiyalarına onun hansı klinik forması daxil deyil?

248. Qəfləti koronar ölüm nədir?

249. Sabit stenokardiyanın əlamətləri hansılardır?

250. Fiziki yükə bağlı stenokardiyadakı xoşagəlməz hissiyyatın daha çox səciyyəvi olan lokalizasiyası hansıdır?

251. Fiziki yük kəsildikdən sonra sabit stenokardiya tutmasının müddəti adətən nə qədər davam edir?

252. II FS sabit stenokardiyası olan xəstələrdə tutmalar hansı halda baş verir?

253. IV FS sabit stenokardiyanın əlamətləri hansılardır?

254. II FS sabit stenokardiyanın əlamətləri hansılardır?

255. İnkişaf edən (qeyri-sabit) stenokardiyası olan xəstələrdə aşağıdakı əlamətlərdən hansı qeyd edilir?

256. Sakit halda (stenokardiya tutmaları olmadan) çəkilmiş EKQ-də ÜİX üçün ən səciyyəvi əlamət hansıdır?

257. Fizki yük sınağı aparılarkən miokardın işemiyasının EKQ əlaməti hansıdır?

258. Miokard infarktı keçirmiş xəstədə fiziki yük sınağı aparılarkən miokardın ehtimal edilən işemiyasının əlmətləri hansılardır?

259. Fiziki yük sınağı aparılarkən tac arteriyaların nəzərəçarpan zədələnməsinin əlamətləri hansılardır?

260. ÜİX diaqnozunu dəqiqləşdirmək üçün fiziki yük sınağı hər şeydən əvvəl hansı xəstələrə aparılmalıdır?

261. ÜİX diaqnozunu dəqiqləşdirmək üçün hansı farmakoloji sınağın aparılması məqsədəuyğundur?

262. ÜİX ilə yanaşı bradikardiyası olan xəstələrə hansı preparatdan istifadə məqsədəuyğundur?

263. Nitrosorbidin orta sutkalıq dozası ÜİX olan xəstələrdə neçə milliqramdır?

264. Verapamilin orta sutkalıq dozası ÜİX olan xəstələrdə neçə milliqramdır?

265. “Miokardın metabolizmini yaxşılaşdıran” preparatların (ATF, kokarboksilaza, riboksin, neoton) ÜİX olan xəstələrdə istifadəsinin effektivliyi nə dərəcədədir?

266. Miokard infarktı keçirmiş ÜİX olan xəstələrdə ürək çatmamazlığının inkişafına aşağıdakılardan hansı səbəb ola bilər?

267. Sol mədəciyin anevrizması olan xəstələrdə aşağıda adları çəkilənlərdən hansılar tez-tez rast gəlinir?

268. Adi fiziki fəallıqda nəzərəçarpan məhdudiyyət sabit stenokardiyanın hansı funksional sinfinə aiddir?

269. Hansı qan təhlilləri ÜİX olan xəstələrin müayinəsində əsasdır?

270. Hansı hallarda ambulator EKQ monitorlamanın aparılması vacibdir?

271. Fiziki yük sınaqlı EKQ hansı hallarda aparılmalıdır?

272. ÜİX diaqnozunun qoyulmasında fiziki yük sınağının həssaslığı və spesifikliyi uyğun olaraq hansıdır?

273. Hansı hallarda ÜİX olan xəstələrə koronar angioqrafiya aparılmalıdır?

274. Avropa Kardioloqlar Cəmiyyətinin tövsiyəsinə əsasən statin müalicəsi sabit stenokardiyalı xəstələrdə aterosklerotik ürək-damar xəstəlikləri riskini nə qədər azaldır?

275. Sabit stenokardiyalı xəstələrdə ölüm göstəricisini azaltdığı sübut olunmuş gündəlik statin dozaları hansılardır?

276. ÜİX olan xəstələrin qanında triqliseridlərin hədəf miqdarı hansıdır?

277. Sol mədəciyin funksiyasının mülayim azaldığı ÜİX olan xəstələrdə dərman müalicəsi alanlarla müqayisədə aorto-koronar şuntlama əməliyyatından sonra sağqalma hansı damar zədələnməsində yüksək olur?

278. Sol mədəciyin funksiyasının saxlandığı və ya əhəmiyyətsiz azaldığı ÜİX olan xəstələrdə dərman müalicəsi alanlarla müqayisədə aorto-koronar şuntlama əməliyyatından sonra sağqalma hansı damar zədələnməsində yüksək olur?

279. Aorto-koronar şuntlama əməliyyatının yaxın nəticələrə təsir göstərən əlverişsiz proqnostik amillərinə aşağıdakılardan hansı aiddir?

280. Sol mədəciyin xronik infarktından sonrakı anevrizmasının cərrahi müalicəsi aşağıdakı hallardan hansında göstərişdir?

281. ÜİX-nin hansı formasında döş qəfəsində diskomfort olmur?

282. Miokardial işemiya olan hansı xəstəlikdə tac damarın obstruksiyası mövcuddur?

283. Aşağıdakılardan hansı qəfləti koronar ölümün patogenezinə daxil olan struktur pozulma deyildir?

284. Aşağıdakılardan hansı qəfləti koronar ölümün patogenezinə daxil olan funksional pozulma deyildir?

285. Qəfləti koronar ölümün neçə faizini tac damarların aterosklerotik zədələnməsi təşkil edir?

286. Ağrısız miokard işemiyasının səbəbi hansılardır?

287. ÜİX olan xəstələrdə ürək çatmamazlığının səbəbi nədir?

288. Aşağıda göstərilən xəstəliklərdən hansı miokardın işemiyası ilə əlaqəli deyildir?

289. Aşağıda göstərilən xəstəliklərdən hansı miokardın işemiyası ilə əlaqəlidir?

290. ÜİX olan xəstələrin qanında aşağı sıxlıqlı lipoproteidlərin optimal miqdarı hansıdır?

291. ÜİX olan xəstələrin qanında ümumi xolesterinin optimal miqdarı hansıdır?

292. “X sindromu”nun klassik təsvirinə hansılar aiddir?

293. Tez-tez “Prinsmetal stenokardiyası” adlandırılan vazospastik stenokardiya hansı əlamətlər ilə səciyyələnir?

294. Hansı halda aorto-koronar şuntlama əməliyyatının aparılması məsləhət görülmür?

295. Hansı müayinə üsulunun qeyri-sabit stenokardiyanın kəskin fazasının diaqnostikasında istifadəsi məqsədəuyğun deyil?

296. Qeyri-sabit stenokardiyalı xəstələrin neçə faizində sol tac arteriyanın əsas şaxəsinin stenozuna rast gəlinir?

297. Qeyri-sabit stenokardiyalı xəstələrin neçə faizində üç damar zədələnməsinə rast gəlinir?

298. Aşağıdakılardan hansı qeyri-sabit stenokardiya halını imitasiya edə bilər?

299. Prinsmetalın variant stenokardiyasının diaqnozu hansı müayinə üsulu ilə daha dəqiq aşkarlana bilər?

300. Aşağıdakılardan hansı qeyri-sabit stenokardiyaya aid deyil?

301. Qeyri-sabit stenokardiyaya görə xəstəxanaya qəbul edilən xəstələrdə müdaxilə olunmayan hallarda arzuоlunmaz halların başvermə ehtimalı neçə faizdir?

302. Aşağıdakılardan hansı qeyri-sabit stenokardiyanın arzuolunmaz proqnozunun göstəricisidir?

303. Hansı EKQ göstəriciləri olduqda kəskin koronar sindromlu xəstələrdə trombolitik terapiya göstərişdir?

304. Prinsmetal stenokardiyasının müalicəsində hansı dərman preparatları daha vacibdir?

305. Kəskin koronar sindromlu xəstələrdə miokardial zədələnmənin üstünlük verilən markeri hansıdır?

306. GRACE risk hesablamasına əsasən yüksək riski olan kəskin koronar sindromlu xəstələrdə xəstəxanadaxili ölüm göstəricisi neçə faiz təşkil edir?

307. GRACE risk hesablamasına əsasən yüksək riski olan kəskin koronar sindromlu xəstələrdə 6 aylıq ölüm göstəricisi neçə faiz təşkil edir?

308. ST seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə klopidoqrelin ilkin yükləmə dozası nə qədərdir?

309. ST seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə aspirinin ilkin yükləmə dozası nə qədərdir?

310. Aşağıdakılardan hansı «infarktus» termininin latın dilindən tərcüməsidir?

311. Miokard infarktı nədir?

312. «Miokard infarktı» terminini ilk dəfə kim və nə vaxt işlətmişdir?

313. İnkişaf etmiş ölkələrdə miokard infarktının ölüm göstəricisi son on ildə necə dəyişir?

314. Miokard infarktının ən çox təsadüf olunan səbəbi hansıdır?

315. Miokardın koronarogen və qeyri-koronarogen xəstəliklərində miokard infarktının bir sindrom kimi payı neçə faizdir?

316. Bu xəstəliklərdən hansı miokard infarktına səbəb ola bilməz?

317. Hansı vəziyyətlərdə miokard infarktı inkişaf edə bilməz?

318. Aşağıda sadalanan amillərdən hansı miokard infarktının risk amili deyil?

319. Miokard infarktının hansı risk amili modifikasiya oluna bilməz?

320. Miokard infarktının hansı risk amili modifikasiya oluna bilər?

321. Dövr edən və toxuma AÇF-in qanda səviyyəsi genetik səbəbdən yüksək olduqda miokard infarktının risk dərəcəsi necədir?

322. Miokard infarktının ən kəskin dövrünün morfoloji dəyişiklikləri hansı müddətə qədər inkişaf edir?

323. Miokard infarktının kəskin dövrünün (nekroz ocağının və miomalyasiyanın formalaşması) morfoloji dəyişiklikləri hansı müddət ərzində inkişaf edir?

324. Hansı müddətdən sonra miokard infarktının yarımkəskin mərhələsi başa çatır?

325. Hansı müddətdə infarktdan sonrakı çapığın tam formalaşması başa çatır?

326. Miokard infarktı zamanı miositlərin məhvinin makroskopik əlamətləri hansı müddətdən sonra üzə çıxır?

327. Miokard infarktının hansı növü Q-əmələgətirən deyil?

328. Miokard infarktının ən çox təsadüf olunan klinik variantı hansıdır?

329. Miokard infarktının qastralgik (abdominal) variantında ağrının hansı lokalizasiyası səciyyəvi deyil?

330. Kimlərdə miokard infarktının azsimptomlu variantı müşahidə olunur?

331. Sag və sol mədəciklərin miokard infarktının klinik xüsusiyyətləri nədir?

332. Aşağıdakılardan hansı miokard infarktının diaqnostik meyarlarına aid deyil?

333. Miokard infarktının yaranmasından nə qədər müddət sonra bədən hərarəti qalxır ?

334. Miokard infarktı zamanı qızdırmanın davametmə müddəti nə qədərdir ?

335. Miokard infarktında qızdırma zamanı temperaturun hədləri nə qədərdir?

336. Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra KFK-MB-nın fəallığı artır ?

337. Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra LDH-1–in fəallığı artır ?

338. Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra ürək troponinlərinin səviyyəsi artır ?

339. Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra KFK-MB-nin fəallığı ən yüksək həddə çatır ?

340. Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra LDH-1–in fəallığı ən yüksək həddə çatır?

341. Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra troponin İ-nin səviyyəsi artır ?

342. Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra troponin T-nin səviyyəsi artır ?

343. Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra KFK-MB-nın fəallığı normaya enir ?

344. Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra LDH-1–in fəallığı normaya enir ?

345. Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra troponin T-nin səviyyəsi normaya enir ?

346. Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra troponin İ-nin səviyyəsi normaya enir ?

347. KFK-MB-nın həssaslığı neçə faiz təşkil edir?

348. Troponin T–nin həssaslığı neçə faiz təşkil edir?

349. Troponin İ-nin həssaslıgı neçə faiz təşkil edir?

350. KFK-MB-nın spesifikliyi neçə faiz təşkil edir ?

351. Troponin T-nin spesifikliyi neçə faiz təşkil edir?

352. Troponin İ-nin spesifikliyi neçə faiz təşkil edir?

353. KFK-MB–nin normal göstəricisinin diapazonu nə qədərdir?

354. LDH-1-in ümumi LDH-a münasibətinin faizlə göstəricisinin diapazonu neçə faiz təşkil edir?

355. Troponin T-nin normal göstəricisi necədir ?

356. Troponin İ-nin normal göstəricisi necədir ?

357. Miokard infarktında ağrı tutmasından neçə müddət sonra mioqlobinin konsentrasiyası artır?

358. Miokard infarktında ağrı tutmasından neçə saat sonra mioqlobinin konsentrasiyası ən yüksək həddə çatır?

359. Mioqlobinin həssaslığı neçə faiz təşkil edir?

360. Mioqlobinin spesifikliyi neçə faiz təşkil edir?

361. Miokard infarktı olan xəstələrdə KFK-MB-nin diaqnostik əhəmiyyətli artması (yüksək norma ilə müqayisədə) nə qədərdir?

362. Aşağıdakılardan hansı miokard infarktlı xəstələrin EKQ-də işemik zədələnmə zonasını göstərir?

363. Aşağıda sadalananlardan hansı Q dişcikli miokard infarktı üçün xarakterik deyil?

364. Ön-çəpər lokalizasiyalı miokard infarktı olan xəstələrdə səciyyəvi dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir ?

365. Ön-çəpər-zirvə lokalizasiyalı miokard infarktı zamanı xarakterik dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

366. Aşağı lokalizasiyalı miokard infarktı olan xəstələrdə səciyyəvi dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

367. Aşağı-yan lokalizasiyalı miokard infarktı olan xəstələrdə səciyyəvi dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?

368. Sol koronar arteriyanın ön enən şaxəsinin total və ya subtotal okklüziyası nəticəsində baş vermiş miokard infarktı adətən hansı nahiyəni əhatə edir?

369. Sol koronar arteriyanın dolanmış şaxəsinin trombozu nəticəsində inkişaf edən miokard infarktı adətən hansı nahiyəni əhatə edir?

370. Sağ koronar arteriyanın okklüziyası nəticəsində inkişaf edən miokard infarktı adətən hansı nahiyəni əhatə edir?

371. His dəstəsinin ayaqcıqlarının işemiyası, distal atrioventrikulyar blokada və hemodinamik pozuntular hansı lokalizasiyalı miokard infarktında tez-tez müşahidə edilir?

372. Atrioventrikulyar düyünün, His dəstəsinin kötüyünün və sinus düyününün işemiyası və bunlara uyğun keçiricilik pozuntusuna hansı lokalizasiyalı miokard infarktında daha çox rast gəlinir?

373. V1-V2 aparmalarında ST seqmentinin depressiyası və müsbət T dişi ilə birgə R dişinin hündürlüyünün və eninin qısa müddətdə artması nəyi göstərir?

374. Aşağıda qeyd olunanlardan hansı miokardın aşağı infarktı olan xəstələrdə yanaşı olaraq sağ mədəciyin infarktının olduğunu göstərə bilər?

375. Kəskin miokard infarktlı xəstələrdə boyun venalarının qabarması, qaraciyərin böyüməsi və arterial təzyiqin enməsi kimi hallar qəfil meydana çıxdıqda hansı ağırlaşmanı inkar etmək olar?

376. Kəskin miokard infarktlı xəstələrdə kəskin sağ mədəcik çatmamazlığının və qəfil kobud sistolik küyün meydana çıxmasının daha çox ehtimal olunan səbəbi nədir?

377. Aşağıdakılardan hansı ürəyin anevrizmasının daha az rast gələn ağırlaşmasıdır?

378. Miokardın ssintiqrafiyası vasitəsilə nəyi təyin etmək mümkün deyil?

379. Kəskin miokard infarktının ssintiqrafiya metodu ilə təyini zamanı yalançı müsbət cavab nə ilə əlaqədar ola bilər?

380. Miokard infarktlı xəstələrdə ikiölçülü exokardioqrafiya və radionuklid ventrikuloqrafiya nəyi aşkarlamağa imkan vermir?

381. Kəskin miokard infarktının diaqnostikasında ikiölçülü exokardioqrafiyanın spesifikliyi nə zaman azalır?

382. Kəskin miokard infarktı olan xəstələrdə ölümün səbəbi əksər hallarda nə olur?

383. Həqiqi kardiogen şokun təyinində əsas əhəmiyyət kəsb edən sindromlar hansılardır?

384. Kəskin miokard infarktı olan xəstələrdə ürək çatmamazlığının hansı təsnifatının tətbiqi daha məqsədəuyğundur?

385. Miokardın nə qədər hissəsi zədələndikdə kardiogen şok inkişaf edə bilər?

386. Klinik olaraq ağır kardiogen şok keçirmiş xəstələrdə sağ qalma ehtimalı neçə faizdir?

387. Əsasında nisbi və ya mütləq hipovolemiya olan arterial hipotenziya və ya kardiogen şokun müalicəsi aşağıdakılardan hansının venadaxili infuziyası ilə başlayır?

388. Tomboendokardit üçün xas olmayan klinik əlamət hansıdır?

389. Kəskin miokard infarktlı xəstələrdə mitral requrgitasiyanın səbəbi nədir?

390. Dressler sindromunun müalicəsində hansı dərman preparatları istifadə edilir?

391. Aşağıdakı klinik əlamətlərdən hansı miokard infarktının genişlənməsi (yayılması) üçün xasdır?

392. “Residivləşən miokard infarktı” anlayışına aşağıdakılardan hansıları aid etmək olar?

393. Proqressivləşən miokard infarktlı xəstələrdə aşağıdakılardan hansı xəstəliyin proqnozuna müsbət təsir göstərir?

394. Miokard infarktının başlanmasından nə qədər müddət keçdikdən sonra meydana çıxmış anginoz ağrılar infarktdan sonrakı erkən stenokardiya kimi qiymətləndirilir?

395. “Aritmik şok” dedikdə nə nəzərdə tutulur?

396. Nüvə-maqnit rezonans kardioqrafiyası vasitəsilə nəyi təyin etmək mümkündür?

397. Emission tomoqrafiya vasitəsilə aşağıdakılardan hansını etmək mümükündür?

398. Miokard infarktı olan xəstələrdə “abdominal sindrom” anlayışına hansılar aid edilir?

399. Kəskin miokard infarktlı xəstələrin hansında psixi pozuntulara daha çox rast gəlinir?

400. Kardiogen şokun müalicəsində aşağıda qeyd edilən dərman preparatları və müalicə metodlarından hansı yararsızdır?

401. Kəskin miokard infarktlı xəstələrdə ağciyər ödeminin müalicəsində dərman preparatı və müalicə üsullarından hansı az yararlıdır?

402. Aşağıda qeyd edilən dərman preparatlarından hansının supraventrikulyar taxikardiya paroksizminin aradan qaldırılması məqsədilə tətbiqi məsləhət görülmür?

403. Kəskin miokard infarktlı xəstələrdə mədəcik taxikardiyası (MT) meydana çıxdıqda kardioversiya hansı hallarda tövsiyə olunmur?

404. Kəskin miokard infarktlı xəstələrdə davamlı mədəcik taxikardiyası olduqda kardioversiya zamanı nə qədər enerjidən tətbiq edilir?

405. Mədəciklərin birincili fibrilyasiyası olan xəstələrdə erkən defibrilyasiyanın tətbiqi neçə faiz hallarda uğurlu olur?

406. Mədəciklərin ikincili fibrilyasiyası olan xəstələrdə erkən defibrilyasiyanın tətbiqi neçə faiz halda uğurlu olur?

407. Hiperxolesterinemiyanın aterosklerozun inkişafında rolu nədən ibarətdir?

408. Arterial hipertoniyanın aterosklerozun inkişafında rolu nədən ibarətdir?

409. Siqaret çəkmənin aterosklerozun inkişafında rolu nədən ibarətdir?

410. Artıq bədən çəkisinin aterosklerozun inkişafında rolu nədən ibarətdir?

411. Hipodinamiyanın aterosklerozun inkişafında rolu nədən ibarətdir?

412. Hiperxolesterinemiyanın aterosklerozun risk amili kimi hansı rolu vardır?

413. Arterial hipertoniyanın aterosklerozun risk amili kimi rolu nədən ibarətdir?

414. Siqaret çəkmənin aterosklerozun klinik təzahürünün risk amili kimi rolu nədən ibarətdir?

415. Aşağıda göstərilən aterosklerozun risk amillərindən ən mühüm olan hansıdır?

416. Aşağıda göstərilən aterosklerozun risk amillərindən ən mühüm olan hansıdır?

417. Alkoqol qəbulu aterosklerozun inkişafında hansı rolu oynayır?

418. Ateroskleroz zamanı birinci növbədə aşağıda göstərilən hansı damar qatı zədələnir?

419. Ateroskleroz zamanı hansı tip arteriyalar zədələnir?

420. Aterosklerotik düyün daha tez-tez harada yerləşir?

421. Arteriollarda aterosklerotik düyün təsadüf edilirmi?

422. Lipid ləkələri və lipid zolaqları aterosklerozun hansı mərhələsi üçün xarakterikdir?

423. Aortanın lipoidozu hansı yaş dövrü üçün xarakterikdir?

424. 10 yaşlı uşağın aortasında aşağıda göstərilənlərdən hansı rast gəlir?

425. Aterosklerotik düyün çox vaxt hansı arteriyalarda rast gəlinir?

426. Arteriyaların intimasında saya əzələ hüceyrələrinin proliferasiyası necə qiymətləndirilir?

427. Aterosklerozda iştirak edən “köpüklü“ hüceyrələr nə ilə zəngindir?

428. Köpüklü hüceyrələr aterosklerozun hansı mərhələsinin histoloji şəkli üçün xarakterikdir?

429. Arteriyaların intimasında fibroz elementlərin proliferasiyasının rolu nədir?

430. Aterosklerozun ağırlaşmalarına aşağıda göstərilənlərdən hansı aiddir?

431. Koronar arteriyaların mənfəzinin daralma faizinin hemodinamik əhəmiyyətli olanı hansıdır ?

432. Aşağıda verilən hansı tip dislipoproteidemiya aterogen hesab edilir?

433. Aşağıda verilən hansı tip dislipoproteidemiya aterogen hesab edilmir?

434. Ekzogen triqliseridlərin daşıyıcı forması hansıdır?

435. Endogen xolesterinin əsas daşıyıcı forması hansıdır?

436. Aşağıda göstərilən hansı lipoproteidlər antiaterogen rol oynayır?

437. Yüksək sıxlıqlı lipoproteid xolesterinin sinoniminin adı hansıdır?

438. Aşağı sıxlıqlı lipoproteid xolesterinin sinoniminin adı hansıdır?

439. Qan zərdabına “xilez” formasını nə verir?

440. Qeyri – aterogen dislipoproteidemiya zamanı hansı patologiyanın inkişaf etmə riski vardır?

441. Ailəvi hiperxolesterinemiyanın patogenezində əsas əhəmiyyət nə kəsb edir?

442. Qan zərdabında xolesterinin miqdarının kəskin artması hansı hallarda müşahidə olunur?

443. Ailəvi kombinə olunmuş hiperxolesterinemiya aşağıda göstərilənlərdən hansının artıqlığı ilə müşahidə olunur?

444. Homoziqot ailəvi hiperxolesterinemiya hansı tezlikdə rast gəlinir?

445. Uşaq yaşlarında ürəyin işemik xəstəliyinin hansı hallarda inkişaf etməsi mümkündür?

446. Karbohidratlara tolerantlığın azalması, hiperurikemiya, bel və sağrı nahiyəsində kiçik ksantomalar hansı hallarda mümkündür?

447. Kəskin pankreatit hansı tip dislipoproteidemiya zamanı inkişaf edə bilər?

448. Ailəvi dislipoproteidemiyanın diaqnostikasında aşağıda göstərilən hansı əlamətlər daha çox əhəmiyyət kəsb edir?

449. II tip dislipoproteidemiyası olan xəstələr üçün nə xarakterikdir?

450. 20 yaşlı kişilər üçün qan zərdabında xolesterinin optimal səviyyəsi nə qədərdir?

451. Nikotin turşusunun qəbulu zamanı qan plazmasında hansı lipidlərin səviyyəsi azalır?

452. Nikotin turşusunun minimal effektiv hipolipidemik sutkalıq dozası hansıdır?

453. Nikotin turşusunun əlavə təsiri nə ilə əlaqəlidir?

454. Nikotin turşusunun əlavə təsiri hansıdır?

455. Nikotin turşusunun istifadəsinə göstərışlər hansılardır?

456. Xolestiramin mədə-bağırsaq traktından necə sorulur?

457. Xolestiraminin hipolipidemik təsir mexanizmi necədir?

458. Xolestiraminin təyini hiperlipoproteidemiyanın hansı tipində göstərişdir?

459. Xolestiramin ilə müalicə zamanı hansı hallar ola bilər?

460. Xolelitiaz hansı preparatın uzun müddətli qəbulu ilə ağırlaşa bilər?

461. Hipotrombinemiya ilə əlaqədar hemorragik sindrom hansı preparatın istifadəsi zamanı əmələ gəlir?

462. Hansı preparatın kanserogen effekti vardır?

463. Hansı preparatı IIa tipli dislipidemiyası olan xəstələrə təyin etmək olmaz?

464. Ailəvi heteroziqot hiperxolesterinemiyanın müalicəsində ən effektiv preparat hansıdır?

465. Klofibratın sinoniminin adı nədir?

466. Aşağıdakı hipolipidemik dərmanlardan hansı lipoprotein lipaz fermentinin aktivliyini artırır?

467. Hansı antihiperlipidemik dərman VLDL-i ( çox aşağı sıxlıqlı lipoprotein) azaltdığı halda LDL-i (aşağı sıxlıqlı lipoprotein) artırır?

468. Lovastatinin təsir mexanizmi aşağıdakılardan hansıdır?

469. Aşağıdakılardan hansı hidroksimetilglutaril CoA reduktazanı inhibə edir?

470. Hidroksimetilglutaril CoA reduktaza inhibitorlarının ən əsas mənfi təsiri hansıdır?

471. Aterosklerozun risk amillərindən ən mühümü hansıdır?

472. Koronar aterosklerozun və periferik arteriyaların zədələnmələrinin klinik əlamətlərinin birlikdə olması hiperlipoproteidemiyanın hansı tipi üçün xarakterikdir?

473. Hansı tip dislipoproteidemiyada xolesterin və triqliseridlərin miqdarı artır?

474. Hipolipidemik preparatları aterosklerozun birincili profilaktikası üçün hansı hallarda təyin etmək lazımdır?

475. Aterosklerozun klinik nəzərə çarpan mərhələsində hansı müalicə tədbirləri görmək lazımdır?

476. Müntəzəm fiziki məşqlər zamanı alfa-xolesterinin qan zərdabında miqdarı necə dəyişir?

477. Müntəzəm olaraq beta-blokatorların qəbulu zamanı alfa-xolesterinin qan zərdabında səviyyəsi necə dəyişir?

478. Tiazid diuretiklərinin müntəzəm qəbulu qan zərdabının lipid tərkibinə necə təsir göstərir?

479. Kalsium antaqonistlərinin qəbulu qan zərdabının lipid tərkibinə necə təsir göstərir?

480. Angiotenzin çevirici fermentin inhibitorları qan zərdabının lipid tərkibinə necə təsir göstərir?

481. Qan zərdabında çox aşağı sıxlıqlı lipoproteidlərin miqdarının artması aşağıda göstərilən hansı preparatların qəbulu zamanı müşahidə olunur?

482. Hipertireozda qan zərdabında xolesterinin miqdarı necə dəyişir?

483. Hipotireozda qan zərdabında xolesterinin səviyyəsi necə dəyişir?

484. Nefrotik sindrom zamanı qan zərdabında xolesterinin miqdarı necə dəyişir?

485. Xolesterinin səviyyəsini hansı hallarda aşağı salmaq lazımdır?

486. Əsas aterogen lipoproteidlər hansılardır?

487. Hansı hipolipidemik preparat qanda alfa- xolesterinin miqdarını daha çox artırır?

488. Hansı hipolipidemik preparat qanda alfa- xolesterinin miqdarını daha çox aşağı salır?

489. Xüsusi tədqiqatlara əsasən hiperlipidemiyası olan ÜİX -li şəxslərdə aşağıda göstərilən hansı qrup preparatlarının qəbulu ömrü uzadır?

490. Dislipidemiyalı ÜİX olan xəstələrdə hansı preparatların qəbulunun proqnoza təsir etdiyi sübut olunmuşdur?

491. EKQ də QT intervalının uzanması hansı preparatın qəbulu zamanı müşahidə edilir?

492. Qan zərdabında aşağı sıxlıqlı lipoproteidlərin miqdarını daha çox azaldan preparat hansıdır?

493. Qan zərdabında aşağı sıxlıqlı lipoproteidlərin miqdarını daha çox azaldan preparat hansıdır?

494. Aşağı sıxlıqlı lipoproteidlər üçün qaraciyərdə reseptorların aktivliyinin artması hansı preparatın qəbulu zamanı müşahidə olunur?

495. Aşağıdakılardan hansı hipertoniya xəstəliyinin inkişafına səbəb ola bilməz?

496. Hipertoniya xəstəliyi üçün hansı amillər patogenetik deyildir?

497. Aşağıdakı amillərdən hansı arterial təzyiqin səviyyəsinə təsir etmir?

498. Arterial hipertoniyaların renin aktivliyindən asılı hansı formaları var?

499. Reninin aktivliyi ilə magistral böyrək qan axını arasında olan qarşılıqlı əlaqə aşağıdakılardan hansıdır?

500. Hiperaldosteronizm üçün hansı əlamətlər xarakterdir?

501. Bədxassəli arterial hipertoniya üçün aşağıdakılardan hansı xarakterikdir?

502. Aşağıdakı xəstəliklərdən hansının inkişafı üçün hipertoniya xəstəliyi risk amilidir?

503. EKQ-də AH üçün xarakter olan əlamət hansıdır?

504. Miokard infarktlı xəstələrdə arterial hipertoniyanın ən xarakter ağırlaşması hansıdır?

505. Hipertoniya xəstəliyinin natrium-asılı forması nə ilə xarakterizə edilir?

506. Hipertoniya xəstəliyinin birinci mərhələsi üçün hansı əlamətlər xarakterikdir?

507. Beta-adrenoblokatorlara aid olan effekt hansıdır?

508. Sidikqovucu preparatların istifadəsi zamanı aşağıdakılardan hansı müşahidə olunur?

509. Arteriolalara təsir göstərən vazodilatatorların effekti hansıdır?

510. Tiazid qrupundan olan diuretiklərin uzunmüddətli qəbulu hansı əlavə effektlərə səbəb olur?

511. Nebivolol (nebilet) ümumi periferik damar müqavimətinə necə təsir edir?

512. Arterial hipertoniyası olan stenokardiyalı xəstələrdə hansı qrup preparatları təyin etmək lazımdır?

513. Bədxassəli arterial hipertoniya xəstəliyi üçün xarakter simptomlar hansılardır?

514. Ensefalopatiya zamanı arterial təzyiqi aşağı salmaq üçün hansı preparat təyin edilir?

515. Aşağıdakı preparatlardan hansı qanın lipid spektrinə mənfi təsir edir?

516. Aortanın koarktasiyası zamanı arterial təzyiq hansı damarlarda artır?

517. Vazorenal arterial hipertoniyanın daha çox rast gəlməsinin səbəbi nədir?

518. Vazorenal arterial hipertoniyalarda arterial təzyiqin artma səbəbi aşağıdakılardan hansıdır?

519. Hansı xəstələrdə angiotenzinçevirici ferment inhibitorlarının hipotenziv effekti müşahidə olunur?

520. Ekskretor uroqrafiyada vazorenal hipertoniyalar üçün xaratker olan əlamətlər hansıdır?

521. Feoxromositoma zamanı arterial hipertoniyanın hansı klinik gediş variantları tez-tez rast gəlir?

522. Feoxromositoma zamanı arterial təzyiqin artmasının səbəbi nədir?

523. Feoxromositoma üçün xarakter olan laborator dəyişiklik hansıdır?

524. Aldosteroma harada yerləşir?

525. Birincili hiperaldosteronizm üçün hansı dəyişikliklər xarakterdir?

526. Birincili hiperaldosteronizmdə müşahidə olunan hipokaliemiya nə ilə əlaqədardır?

527. Konn sindromu zamanı qanda hansı dəyişiklik aşkar olunur?

528. Qeyri-spesifik aortoarteriitdə arterial hipertenziyanın səbəbi nədir?

529. Aortanın koarktasiyasının ağırlaşması hansıdır?

530. Aorta qapağı çatmamazlığı üçün nə xarakterdir?

531. Aşağıdakılardan hansı aortanın aterosklerozunda müşahidə olunur?

532. Qeyri-spesifik aortoarteriitin kəskin mərhələsinin müalicəsində hansı preparatların istifadəsi məqsədəuyğundur?

533. Aortanın koarktasiyasında sistolik küy harada eşidilir?

534. Ürək çatmamazlığı olmayan hipertoniya xəstəliyi zamanı ürəyin vurğu həcmi necə dəyişir?

535. Feoxromositoma zamanı hipertonik krizin müalicəsində hansı preparatın venadaxili yeridilməsi effektlidir?

536. Beta-adrenoblokatorların tətbiqi zamanı maksimal hipotenziv effekt nə vaxt başlayır?

537. Arterial hipertoniyanın müaliсəsində istifadə olunan kardioselektiv beta-adrenoblokatorlar haqqında aşağıdakılardan hansı doğrudur?

538. Sol mədəcik çatmamazlığı ilə ağırlaşmış hipertonik krizin müalicəsində hansı preparat istifadə olunur?

539. Arterial hipertoniyası və ürək çatmamazlığı olan xəstələrdə arterial təzyiqin azaldıması üçün hansı preparatdan istifadə etmək lazımdır?

540. 60 yaşına qədər əhalinin təqribən neçə faizində arterial hipertoniya ikincilidir?

541. Güclü baş ağrısı, tərləmə, ürəkdöyünmə ilə müşayiət olunan hipertonik krizlər hansı xəstəlik üçün xarakterdir?

542. Aşağıdakı xəstəliklərin hansında kəskin zəiflik tutmaları, keçib gedən parezlər, qıcolmalar, poliuriya, nikturiya müşahidə olunur?

543. Təcrid olunmuş sistolik hipertoniya hansı xəstəlik üçün xarakterikdir?

544. Hipokaliemiya hansı vəziyyət üçün xarakterikdir

545. Hansı preparat arterial hipertenziyaya səbəb olur?

546. Hansı preparatlar miokardın yığılma qabiliyyətini azaldır, lipid mübadiləsinə mənfi təsir göstərirlər?

547. Hansı preparat lipid mübadiləsinə mənfi təsir göstərir?

548. Mülayim arterial hipertoniyanın müalicəsində hansı diuretiklər daha tez-tez istifadə edilir?

549. Yaşlı xəstələrdə AH-nın müalicəsində hansı preparatlardan istifadə edilir?

550. Hamilə qadınlarda arterial hipertoniyanın müalicəsində hansı preparatlardan istifadə edilir?

551. Hipertoniya xəstəliyində hansı preparat sol mədəciyin hipertrofiya dərəcəsini azaldır?

552. Hipertoniya xəstəliyində hansı preparat sol mədəciyin hipertrofiya dərəcəsini artırır?

553. Böyrək funksiyasının pozulmasını göstərən kreatinin miqdarı aşağıdakılardan hansıdır?

554. Bədxassəli arterial hipertoniyanın patogenezində rol oynayan amil hansıdır?

555. Hansı hallarda bədxassəli arterial hipertoniyanın inkişaf etmə ehtimalı daha çoxdur?

556. Böyrək funksiyasının pozulması olan xəstələrdə arterial hipertoniyanın müalicəsində hansı preparat istifadə olunur?

557. Hansı hallarda arterial təzyiqin sürətlə azaldılması əks göstərişdir?

558. Aorta anevrizması olan xəstələrdə AT-in azaldılması üçün hansı preparat istifadə olunur?

559. Hansı preparat simpatoadrenal sisteminin aktivliyinə təsir edir?

560. razozinin hansı preparatla kombinasiyası ortostatik hipotoniyaya səbəb olur?

561. Kaptoprilin qəbulu zamanı aşağıdakılardan hansı müşahidə olunur?

562. Böyrəklərin azotçıxarıcı funksiyası pozulan xəstələrdə arterial hipertoniyanın müalicəsində hansı preparat əks göstərişdir?

563. Veroşpironun kaliumqoruyucu effekti nə vaxt meydana çıxır?

564. Endokrin arterial hipertoniyalara aşağıdakılardan hansı aiddir ?

565. Renovaskulyar arterial hipertoniyanın dəqiq diaqnostikası üçün aşağıdakılardan hansının aparılması kifayətdir?

566. Böyrək arteriyasının qazanılmış zədələnmələrinə aşağıdakılardan hansı aiddir?

567. Aşağıdakılardan hansı sistolik AT-nin artmasına səbəb ola bilər?

568. Neçə faiz hallarda feoxromositomanın böyrəküstü vəzidən kənar lokalizasiyasına rast gəlinir?

569. Paraqanqliomanın daha çox rast gəlindiyi orqan hansıdır?

570. Aşağı ətraf damarlarının obliterəedici aterosklerozu olan xəstələrdə arterial hipertoniyanın müalicəsində hansı preparatın istifadəsi əks göstərişdir?

571. III–IV funksional sinif gərginlik stenokardiyası olan xəstələrdə arterial hipertoniyanın müalicəsində hansı preparatın istifadəsi göstərişdir?

572. İtsenko-Kuşinq sindromu üçün xarakter olmayan əlamət hansıdır?

573. Neçə faiz hallarda birincili hiperaldosteronizm səbəbi böyrəküstü vəzinin qabıq maddəsinin ikitərəfli hiperplaziyasıdır?

574. ACF inhibitorlarının hipotenziv təsiri nə ilə əlaqədardır?

575. Hansı xəstəliyin patogenezində xörək duzunun artıq miqdarda istifadəsinin rolu var?

576. Hansı hallarda ümumi periferik damar müqavimətinin artması müşahidə edilir?

577. Hansı hallarda ümumi periferik damar müqavimətinin artması müşahidə edilir?

578. Arterial hipertoniyanın ÜST təsnifatının əsasında hansı prinsip durur?

579. Beta-adrenoblokatorların hipotenziv təsir mexanizminin əsasında nə durur?

580. Hipertoniya xəstəliyinin inkişafına səbəb olan risk amilləri aşağıdakılardan hansılardır?

581. Əzələ zəifliyi aşağıdakı xəstəliklərdən hansı üçün xarakterdir?

582. Hansı preparatın feoxromositomada istifadəsi əks göstərişdir?

583. Hansı halda deksametazon «supressiya» testi diaqnostik əhəmiyyətlidir?

584. Kaptoprilin təyini testi hansı halda diaqnostik əhəmiyyətlidir?

585. Aşağıdakılardan hansı İtsenko-Kuşinq sindromunun səbəbi ola bilər?

586. Hansı halda 24 saatlıq sidikdə 17-hidroksisteroid və 17-ketosteroidin təyini diaqnostik əhəmiyyətlidir?

587. Kontraseptiv preparatların istifadəsi zamanı yaranan arterial hipertoniyanın səbəbi nədir?

588. Estrogen tərkibli peroral kontraseptiv preparatların qəbulu nəticəsində yaranan arterial hipertoniyanın səbəbi nədir?

589. III nəsil beta-blokator nebiletin digər beta-blokatorlardan fərqi nədir?

590. Monoterapiya zamanı ən güclü hipotenziv preparat hansıdır ?

591. Funksional ortostatik hipotoniya haqqında aşağıdakılardan hansı doğrudur?

592. Vazopressor bayılmaları olan xəstələrin müayinəsi zamanı aşağıdakılardan hansı informativdir?

593. Miokardın hansı zədələnmələri idiopatik kardiomiopatiya adlandırılır?

594. Xəstəliklərdən hansı idiopatik kardiomiopatiyalara aid deyildir?

595. Xroniki ürək çatmamazlığının hansı növü dilatasion kardiomiopatiya üçün xarakterikdir?

596. Dilatasion kardiomiopatiyalı xəstələrdə auskultasiya zamanı adətən hansı küy eşidilir?

597. Kardiomiopatiyalardan hansı daha çox yayılmışdır?

598. “İşemik” və idiopatik dilatasion kardiomiopatiyaların fərqləndirilməsi zamanı hansı müayinə üsulu daha əhəmiyyətlidir?

599. Dilatasion kardiomiopatiyalı xəstələrdə müşahidə olunan xroniki ürək çatmamazlığının müalicəsində birinci növbədə hansı dərmanlar istifadə olunur?

600. Dilatasion kardiomiopatiya zamanı antikoaqulyantlardan adətən nə zaman istifadə oluna bilər?

601. Dilatasion kardiomiopatiyalı xəstələrin müalicəsində köməkçi qan dövranı qurğusundan nə zaman istifadə olunur?

602. Dilatasion kardiomiopatiya zamanı dobutamindən adətən nə vaxt istifadə olunur?

603. Dilatasion kardiomiopatiya zamanı elektrokardiostimilyasiya aparılmasına klassik göstəriş hansı haldır?

604. Dilatasion kardiomiopatiya zamanı proqnozu pisləşdirə bilən exokardioqrafik göstərici hansıdır?

605. Son illər ərzində dilatаsion kardiomiopatiya zamanı proqnoz necə dəyişilmişdir?

606. Dilatasion kardiomiopatiyalı xəstələrdə sol mədəciyin qovma fraksiyası nə cür olur?

607. Dilatasion kardiomiopatiyanın təşəkkül tapmasında hansıların rolu ola bilər?

608. Dilatasion kardiomiopatiya zamanı klinik gedişi nə pisləşdirə bilər?

609. Sol mədəciyin diastolik disfunksiyası nə zaman daha çox müşahidə olunur?

610. Ürəyin alkoqoldan zədələnməsi zamanı diferensial diaqnostika əsasən hansı xəstəliklə aparılmalıdır?

611. Hansı xəstəlik zamanı ürək ritmi və keçiriciliyinin pozulması müşahidə oluna bilər?

612. Doğuşdan sonrakı kardiomiopatiya zamanı mərkəzi hemodinamikanın pozulması ən çox hansı xəstəlik zamanı müşahidə olunan dəyişikliklərə uyğundur?

613. Kardiomiopatiyaların hansı növü üçün endokardın qalınlaşması daha xarakterikdir?

614. Hansı kardiomiopatiya növü üçün sol mədəcik divarlarının qalınlaşması xarakterikdir?

615. Sol mədəciyin yığılma funksiyasının güclənməsi hansı xəstəlik üçün daha xarakterikdir?

616. Sol mədəciyin çıxacaq hissəsinin dinamiki obstruksiyası hansı xəstəlik üçün daha xarakterikdir?

617. Kardiomiopatiyaların hansı növü üçün ailəvi yayılma daha xarakterikdir?

618. Hansı xəstəlik zamanı adətən sol qulaqcığın dilatasiyası müşahidə olunmur?

619. Hansı xəstəlik zamanı EKQ-də keçirilmiş miokard infarktı ilə əlaqəsi olmayan patoloji Q dişləri rast gəlinə bilər?

620. Restriktiv kardiomiopatiya daha çox harada yayılmışdır?

621. Hansı xəstəlik zamanı kifayət qədər tez - tez mitral requrqitasiya müşahidə olunmur?

622. Dilatasion kardiomiopatiya hansı qitələrdə rast gəlinir?

623. Hipertrofik kardiomipatiya ən çox harada yayılmışdır?

624. Fibroplastik Löffler endokarditinin hansı xəstəliklə daha çox əlaqəsi vardır?

625. Eozinofiliya hansı xəstəlik üçün daha səciyyəvidir?

626. Endokardın fibrozu kardiomiopatiyaların hansı növündə daha çox müşahidə olunur?

627. “Pivə” ürəyi adlandırılan halın əmələ gəlməsinin başlıca səbəbi nədir?

628. Sol mədəciyin simmetrik konsentrik hipertrofiyası nə zaman müşahidə olunur?

629. EKQ zamanı prekardial aparmalarda mənfi “giqant” T dişlərinin rast gəlinməsi kardiomiopatiyaların hansı növü üçün daha səciyyəvidir?

630. Sol mədəciyin çıxış hissəsinin daralması hansı xəstəlik zamanı müşahidə olunur?

631. Ürəyin amiloidozu üçün sol mədəciyik divarlarının qalınlığının necə olması daha xarakterikdir?

632. Hipertofik kardiomiopatiyanın asimmetrik forması zamanı adətən mədəcikarası çəpərin qalınlığı nə cür olur?

633. Cavan yaşlı hipetrofik kardiomiopatiyalı xəstələrdə hansı halda qəfləti ölüm riski daha yüksəkdir?

634. Mədəcikarası çəpərin asimmetrik hipertrofiyası hansı xəstəlik zamanı rast gəlinə bilər?

635. Ürəyin amiloidozu üçün nə daha xarakterikdir?

636. Ürəyin amiloidozu zamanı ürəyin sistolik və diastolik funksiyaları adətən nə cür olur?

637. Perikard boşluğunda mayenin yığılması daha çox hansı xəstəlikdə müşahidə olunur?

638. İnfeksion xəstəliklər zamanı miokarditin əmələ gəlməsində hansı amilin rolu vardır?

639. İnfeksion miokarditlərin hansı növü daha çox müşahidə olunur?

640. Qeyd olunanlardan hansı miokarditin spesifik əlaməti hesab edilir?

641. Qeyd olunanlardan hansı miokarditin daha tipik əlaməti hesab edilə bilər?

642. Sağ mədəciyin aritmogen displaziyası üçün daha səciyyəvi nədir?

643. Hipertrofik kardiomiopatiya üçün hansı auskultativ göstərici daha xarakterikdir?

644. Obstruktiv hipertrofik kardiomiopatiyalı xəstələrdə eşidilən küyün intensivliyi hansı halda azalır?

645. Hipertrofik kardiomiopatiyalı xəstələr üçün nəbz dalğasının nə cür olması daha xarakterikdir?

646. Hipertrofik kardiomiopatiya zamanı perkutor olaraq ürək küyünün sərhədləri necə dəyişir?

647. Hipertrofik kardiomiopatiya üçün hansı EKQ göstəricisi daha xarakterikdir?

648. Hipertrofik kardiomiopatiyanın zirvə variantı üçün hansı EKQ göstəricisi daha xarakterikdir?

649. Hipertrofik kardiomiopatiyanın müalicəsində ən çox hansı preparatlardan istifadə olunur?

650. Sol mədəciyin sistolik funksiyasının zəifləməsi hansı xəstəlik üçün daha xarakterikdir?

651. Stenokardiya sindromu ən çox hansı xəstələr üçün xarakterikdir?

652. Mitral qapağın ön tayının sistola zamanı mədəcikarası çəpərə tərəf hərəkəti hansı xəstəlik üçün xarakterikdir?

653. Miokarditlərin inkişafında hansı amil daha önəmlidir?

654. Miokardit zamanı xəstələrin hansı şikayətləri daha xarakterikdir?

655. Virus miokarditində qeyri-steroid iltihabəleyhinə preparatlar nə zaman istifadə olunmalıdır?

656. Ağır gedişli miokarditlərin müalicəsi zamanı hansı preparatların yüksək effektivliyi danılmazdır?

657. Hipertrofik kardiomiopatiya nədir?

658. Hipertrofik kardiomiopatiya zamanı adətən ürək əzələsinin hansı hissəsi zadələnir (hipertrofiyalaşır) ?

659. Hipertrofik kardiomiopatiyanın etilogiyasında əsas amil hansıdır?

660. Hipertrofik kardiomiopatiya başqa cür necə adlandırılır?

661. Hipertrofik kardiomiopatiyanın histoloji mənzərəsinin əsas xüsusiyyəti necədir?

662. Sol mədəciyin çıxacaq hissəsində təzyiq qradiyentini azaltmaq məqsədilə hansı preparatların istifadəsi daha məqsədəuyğundur?

663. Hipertrofik kardiomiopatiya zamanı hansı qeyri-medikamentoz müalicə üsullarından istifadə olunması daha səmərəli və effektlidir?

664. Hipertrofik kardiomiopatiya zamanı sinkopal halın baş verməsinin başlıca səbəbi nədir?

665. Hipertrofik kardiomiopatiyanın obstuktiv forması zamanı hansı auskultativ mənzərə daha xarakterikdir?

666. Hipertrofik kardiomiopatiyanın diaqnostikasında hansı müayinə üsulu daha əhəmiyyətlidir?

667. Exokardioqrafik müayinə zamanı hipertrofik kardiomiopatiyalı xəstələrdə sol mədəcik boşluğunun ölcüsü adətən necə dəyişir?

668. Hipertrofik kardiomiopatiya zamanı sol mədəciyin çıxacaq hissəsinin darala bilməsinin başlıca səbəbi nədir?

669. Hipertrofik kardiomiopatiya zamanı xəstələrdə təngnəfəsliyin əmələ gəlməsinin başlıca səbəbi nədir?

670. Hipertrofik kardiomiopatiya zamanı hansı əlamət daha xarakterikdir?

671. Hipertrofik kardiomiopatiya zamanı döş qəfəsində müşahidə edilən ağrıların baş verməsində hansı amilin rolu yoxdur?

672. Hansı halda hipertrofik kardiomiopatiya zamanı xəstələrdə qəfləti ölümün baş verə bilmə ehtimalı daha çoxdur?

673. Hipertrofik kardiomiopatiya zamanı cərrahi müalicənin aparılması vacibliyi nə zaman gündəmə gələ bilər?

674. Hipertrofik kardiomiopatiya zamanı illər ötdükcə adətən sol mədəciyin divarlarının qalınlığı nə cür dəyişilir?

675. Mitral qapağın sistola zamanı önə hərəkətinin hansı amillə əlaqəsi yoxdur?

676. Miokardit diaqnozu dürüstləşdirilmiş xəstələrdə hansı preparatlar mütləq işlədilməlidir?

677. Ağır və proqressivləşən miokarditin müalicəsində hansı dərmanların işlədilməsi əhəmiyyət kəsb edə bilər?

678. İnfeksion və qeyri-infeksion mənşəli miokardit zamanı hansı əlamət daha xarakterikdir?

679. Miokardın biopsiyasının nəticələri miokardit diaqnozunu nə dərəcədə təsdiq edə bilər?

680. Miokardit diaqnozunun qoyulmasında hansı üsul daha əhəmiyyətlidir?

681. Aktiv miokardit zamanı hansı preparatın işlədilməsi təhlükəli ola bilər?

682. Ən çox hansı infeksiyalar miokarditin əmələ gəlməsində başlıca rol oynayır?

683. Hansı infeksion xəsləlik zamanı miokardın zədələnməsi daha çox təsadüf edilir?

684. Hansı elektrokardioqrafik dəyişikliklər miokardit üçün daha xarakterikdir?

685. İlk dəfə miokardit diaqnozu qoyulmuş xəstələrin harada müalicə olunması daha məqsədəuyğundur?

686. Mitral qapaqların çatmamazlığının səbəbi nə ola bilər?

687. Üçtaylı qapaqda requrgitasiyanın səbəbi aşağıdakılardan hansıdır?

688. Mitral stenoz ən çox hansı xəstəliyin nəticəsidir?

689. Sol atrio-ventrikulyar dəliyin sahəsi normada nə qədər olur?

690. Normada sol qulaqcıqda sistolik arterial təzyiq nə qədər olur?

691. Mitral stenozu olan xəstələrdə ürəyin nisbi kütlüyü hansı istiqamətə böyüyür?

692. Mitral stenoza xarakterik olan exokardioqrafik dəyişikliklər hansılardır?

693. Mitral qapağın üzvü çatmamazlığının səbəbi nə ola bilər?

694. Mitral qapağın üzvü çatmamazlığında requrgitasiya sindromu nədən ibarətdir?

695. Aortal qapaq stenozunun inkişafına nə səbəb ola bilər?

696. Sol mədəcik miokardının hipertrofiyası nə zaman daha güclü inkişaf edir?

697. Aortal qapaq çatmamazlığının əsas səbəbi nədir?

698. Aortal qapaq çatmamazlığı olan xəstələrdə nə müşahidə edilmir?

699. Qrexem-Still küyü əsasən nə zaman eşidilə bilər?

700. Mitral stenoz zamanı ilkin simptomlardan biri hansıdır?

701. Mitral stenozu olan xəstələrdə ürəyin ritm pozğunluqlarının daha çox müşahidə olunan növü hansıdır?

702. Hansı xəstəlikdə ürəyin zirvə nahiyəsində “Flint küyü” eşidilir?

703. Aortal qapaq çatmamazlığı olan xəstələrdə nə müşahidə olunur?

704. Hansı ürək qüsuru üçün bud arteriyası üzərində “ikili” Dürozye küyünün eşidilməsi xarakterikdir?

705. Aortal qapaq çatmamazlığı üçün nə xarakterik deyildir?

706. Aortal qapaq çatmamazlığında aşağıdakı periferik simptomlardan hansı xarakterik deyildir?

707. Aortal qapaq çatmamazlığında ürəyin zirvəsindəki diastolik küy (Flint küyü) nə ilı müşayiət olunur?

708. Mitral stenoz zamanı aşağıdakı klinik simptomlardan hansı müşahidə edilmir?

709. Ürək vurğusunun azalması nə ilə əlaqədər ola bilər?

710. Davamlı səyrici aritmiyası olan mitral stenozlu xəstələrdə ürək qlikozidlərinin istifadəsinə məqsəd nədir?

711. Nəbz dalğasının tez artıb və tez də enməsi hansı ürək qüsurunda müşahidə edilir?

712. Revmatizm zamanı daha çox təsadüf edilən ürək qüsuru hansıdır?

713. Mitral stenoz zamanı EKQ-də hansı dəyişikliklər müşahidə edilir?

714. Sol atrio-ventrikulyar dəliyin sahəsinin hansı ölçüyə qədər daralması “kritik” sayılır?

715. Diastola zamanı sol qulaqcıqla sol mədəciyin arasındakı təzyiq qradiyenti normada nə qədər olur?

716. Mitral stenoz zamanı ağciyər hipertenziyasının səbəbi aşağıdakılardan hansıdır?

717. Mitral stenozlu xəstələrdə təngnəfəsliyin zəifləməsinə nə səbəb olur?

718. Mitral stenozlu xəstələrdə qanhayxırmanın itməsinə nə səbəb olur?

719. Mitral stenozlu xəstələrdə aktiv ağciyər hipertenziyasının inkişafından sonra nə müşahidə edilir?

720. Mitral stenozlu xəstələrdə döş sümüyünün aşağı kənarından solda sistola zamanı əllənən təkan nədir?

721. Mitral stenozlu xəstələrdə təngnəfəsliyin inkişafı zamanı hansı dərmanın tətbiqi məqsədəuyğundur?

722. Mitral qapaq çatmamazlığında requrgitasiyanın azalmasına və xəstənin vəziyyətinin yaxşılaşmasına səbəb olan dərman hansıdır?

723. Mitral qapaq taylarının prolapsında hansı küy eşidilir?

724. Mitral qapaq taylarının prolaps dərəcəsi və eşidilən küyün zəifləməsi hansı vəziyyətdə müşahidə edilir?

725. Mitral qapaq taylarının prolapsı olan xəstələrdə ürək nahiyəsində olan diskomfort və aritmiyaları aradan götürmək üçün hansı dərman daha effektivdir?

726. Aorta mənfəzi sahəsinin kritik daralma həddi nə qədərdir ?

727. Aortal stenozda əsas klinik simptomlar hansıdır?

728. Üfürücü pansistolik küy hansı qüsur üçün xarakterikdir?

729. Orta sistolik kobud küy hansı qüsur üçün xarakterdir?

730. Klinik simptomlarla müşayiət olunan nəzərəçarpan aortal stenozun hansı müalicə üsulu proqnostik əhəmiyyətlidir?

731. Revmatizm hansı ürək qüsurunun yeganə səbəbidir?

732. Müştərək aortal qüsurun əmələ gəlməsinin əsas səbəblərindən biri hansı xəstəlikdir?

733. Hansı ürək qüsurunda nəzərə çarpan dərəcədə kardiomeqaliya (öküz ürəyi) müşahidə edilir?

734. Aortal çatmamazlıqlı xəstələrdə hansı klinik əlamətlər müşahidə olunmur?

735. Aortal çatmamazlığın auskultativ əlamətləri hansıdır?

736. Hansı dərman maddəsi aortal requrgitasiyanın dərəcəsini azaltmır?

737. Anadangəlmə ürək qüsurlarından hansına daha çox rast gəlinir?

738. Qulaqcıqarası çəpərin defektində hansı klinik əlamət xarakterik deyildir?

739. Arterial axarın açıq qalmasında hansı klinik əlamət müşahidə edilmir?

740. Ebşteyn anomaliyasında hansı əlamətlər olur?

741. Hansı ürək qüsuru üçün paroksizmal taxikardiyaların tez-tez inkişafı xarakterikdir?

742. Volf-Parkinson-Vayt sindromu hansı ürək qüsurunda daha çox müşahidə edilir?

743. Nəfəs alma zamanı nə müşahidə olunur?

744. Anadangəlmə mədəcikarası çəpərin defektində auskultasiya zamanı nə eşidilir?

745. Anadangəlmə qulaqcıqarası çəpərin defektində auskultasiya zamanı nə eşidilir?

746. Hansı bakteriyalar endokardı daha cox zədələyir?

747. Hansı mikroorqanizmlər endokardit əmələ gətirə bilər?

748. Endokardit əmələ gətirən faktorlar hansılardır?

749. Yarımkəskin infeksion endokardit zamanı hansı əlamətlər müşahidə oluna bilər?

750. Kəskin infeksion endokardit zamanı hansı hallar müşahidə oluna bilər?

751. Yarımkəskin infeksion endokardit zamanı böyrək infarktının əlamətləri hansılardır?

752. Aşağıdakılardan hansı kəskin infeksion endokardit üçün xarakterdir?

753. Hansı laborator göstəricilər kəskin infeksion endokardit üçün xarakterdir?

754. Kəskin infeksion endokardit zamanı hansı əlamətlər müşahidə oluna bilər?

755. Aşagıdakılardan hansı yarımkəskin infeksion endokardit zamanı müşahidə oluna bilər?

756. Aşağıdakı əlamətlərdən hansı yarımkəskin infeksion endokarditin abakterial mərhələsi üçün xarakterik deyil?

757. Yarımkəskin infeksion endokardit zamanı hansı klinik əlamətlər müşahidə olunur?

758. Yarımkəskin infeksion endokardit zamanı hansı klinik əlamətlər müşahidə oluna bilər?

759. Yarımkəskin infeksion endokardit zamani ürək çatmamazlığının səbəbləri hansılar ola bilər?

760. Aşağıdakılardan hansı kəskin infeksion endokarditin ağırlaşmasına səbəb ola bilər?

761. İnfeksion endokardit zamanı hansı damarlarda emboliya ola bilər?

762. İnfeksion endokardit zamanı hansı dəyişikliklər əmələ gələ bilər?

763. Hansı laborator göstəricilər kəskin infeksion endokardit üçün xarakter deyil?

764. İnfeksion endokarditli xəstədə əkilmiş qanın nəticəsinin mənfi olmasının səbəbi hansıdır?

765. Yarımkəskin infeksion endokarditli xəstələrdə hansı proqnozlar gözlənilir?

766. İnfeksion endokardit zamanı cərrahi müalicəyə göstəriş nədir?

767. Ürək qapaqlarının zədələnməsi olan xəstələrdə antibakterial terapiya hansı hallarda məqsədəuyğundur?

768. Hansı xəstələrdə infeksion endokardit daha çox rast gəlir?

769. Aşağıdakılardan hansı infeksion endokarditin periferiyada müşahidə olunan spesifik əlamətləridir?

770. Hansı mənşəli infeksion endokardit zamanı hemokultura pozitiv nəticə verir?

771. Yarımkəskin infeksion endokardit zamanı hemokulturanın mənfi olmasının səbəbi nədir?

772. Yarımkəskin infeksion endokarditdə informativ instrumental müayinə metodu hansıdır?

773. Streptokok mənşəli infeksion endokardit zamanı hansı antibakterial preparatlar daha çox təyin olunur?

774. Enterokok mənşəli infeksion endokardit zamanı hansı antibakterial preparat təyin olunur?

775. Qram-mənfi bakteriyaların torətdiyi infeksion endokardit zamanı hansı antibiotik təyin olunur?

776. Stafilokok etiologiyalı endokardit zamanı effektli müalicə üçün hansı antibiotik təyin olunur?

777. Stafilokok mənşəli endokarditin müalicəsi zamanı oksasillinə qarşı rezistentlik yaranarsa, hansı preparat təyin olunur?

778. Hansı hallarda streptokok mənşəli endokardit yaranır?

779. Hansı hallarda stafilokok mənşəli endokardit yaranır?

780. Hansı hallarda enterokok mənşəli endokardit inkişaf edir?

781. İnfeksion endokardit zamanı antibakterial müalicənin müddəti nə qədərdir?

782. Ağız boşluğunda aparılan manipulyasiyalar zamanı profilaktik məqsədlə hansı antibiotik istifadə olunur?

783. Urogenital və həzm traktında cərrahi müdaxilə zamanı profilaktika məqsədilə hansı antibiotik təyin edilir?

784. Manipulyasiyalar zamanı profilaktik olaraq bakteriemiyaya qarşı hansı antibiotik təyin edilir?

785. Aşağıdakılardan hansı kəskin infeksion endokarditi daha tez-tez törədir?

786. Narkomanlarda infeksion endokarditin törədicisi hansıdır?

787. Aşağıdakılardan hansı endokarditin residivləşməsinə səbəb olur?

788. İnfeksion endokardit zamanı qanın əkilməsi hansı qaydada olmalıdır?

789. Göbələk mənşəli endokardit zamanı hansı preparat təyin olunur?

790. Göstərilənlərdən hansı yarımkəskin infeksion endokardit zamanı daha çox müşahidə olunur?

791. Yarımkəskin infeksion endokardit zamanı hansı qapaqların zədələnməsi daha az müşahidə olunur?

792. Yarımkəskin infeksion endokardit zamanı daha cox hansı qapaqlar zədələnir?

793. İnfeksion endokarditin ağırlaşması hansı xəstəliyin yaranmasına səbəb ola bilər?

794. Infeksion endokardit üçün hansı göstərici daha spesifikdir?

795. Normada perikard boşluğunda nə qədər maye olur?

796. Perikardın əsas funksiyası aşağıdakılardan hansıdır?

797. Cavan şəxslərdə konstriktiv perikarditlərin əsas səbəbi nə olur?

798. “Paradoksal nəbz” nədir?

799. Perikarditlərdə “paradoksal nəbz”-in səbəbi nədir?

800. Perikard boşluğunda maye toplandıqda mərkəzi venoz təzyiq necə dəyişir?

801. Perikardda bitişmələrin əmələ gəlməsi zamanı hemodinamikada pozğunluqların səbəbi nədir?

802. Hansı simptom kəskin fibrinoz perikardit üçün xarakterik deyil?

803. Kəskin fibrinoz perikarditlərdə hansı simptomlar müşahidə edilə bilər?

804. Kəskin fibrinoz perikarditin diaqnostikasında hansı simptom əsasdır?

805. Fibrinoz perikarditdə auskultasiya zamanı perikardın sürtünmə küyü necə eşidilə bilər?

806. Fibrinoz perikarditin diaqnostikasında hansı üsul daha informativdir?

807. Ekssudativ perikarditin diaqnostikasında hansı üsul daha informativdir?

808. Fibrinoz perikarditdə ağrının lokalizasiyası haradadır?

809. Kəskin perikarditlərdə ağrı simptomu üçün nə xarakterik deyil?

810. Ekssudativ perikarditlərdə hansı əlamətlər olur?

811. Ekssudativ perikarditlərdə hansı əlamət müşahidə edilmir?

812. Ürəyin tamponadası zamanı nə müşahidə edilir?

813. Ekssudativ perikarditin rentgenoloji əlamətləri hansıdır?

814. Konstriktiv perikarditin rentgenoloji əlamətləri hansıdır?

815. Vərəm perikarditli xəstələrdə punksiya zamanı götürülmüş mayedə hansı hüceyrələr üstünlük təşkil edir?

816. Revmatik perikardit üçün hansı əlamətlər xarakterikdir?

817. Bakterial perikarditlərdə infeksiya perikarda hansı yol ilə daxil olur?

818. Konstriktiv perikardit zamanı hansı əlamətlər müşahidə edilir?

819. Konstriktiv perikarditin xarakterik auskultativ əlaməti hansıdır?

820. Nəzərəçarpan qan dövranı pozğunluğu ilə müşayiət olunan konstriktiv perikarditdə ürək hansı tərəfə böyüyür?

821. Konstriktiv perikarditli xəstələrdə əsas şikayət nə olur?

822. Hansı əlamətlər konstriktiv perikarditlər üçün xarakterik deyil?

823. Konstriktiv perikarditli xəstələrdə EKQ-də hansı dəyişikliklər müşahidə edilir?

824. Konstriktiv perikarditli xəstələrdə hansı ritm pozğunluqları müşahidə edilə bilər?

825. Konstriktiv perikarditin rentgenoloji əlamətləri hansıdır?

826. İrinli perikarditlərdə antibiotiklərin rasional yeridilmə yolu hansıdır?

827. Dressler sindromu zamanı və ya ürəkdə cərrahi əməliyyatdan sonra inkişaf edən perikarditlərdə prednizolonun sutkalıq dozası hansıdır?

828. Perikarditli xəstələrdə hansı dərman qrupları istifadə oluna bilər?

829. Kəskin perikarditlərdə döş qəfəsindəki ağrılar hansı vəziyyətdə zəifləyir?

830. Kəskin perikarditlərdə döş qəfəsindəki ağrılar hansı vəziyyətdə güclənir?

831. Perikardın sürtünmə küyü klassik olaraq neçə hissədən ibarətdir?

832. Perikardın sürtünmə küyündə hansı komponent daha çox eşidilir?

833. Kəskin perikarditli xəstələrdə EKQ-də hansı dəyişikliklər olur?

834. Kəskin perikarditlərdə ağrı sindromunu azaltmaq üçün hansı dərman qrupları ilkin seçim sayılır?

835. Tədricən inkişaf edən ekssudativ perikarditlərdə ekssudatın həcmi maksimum nə qədər olur?

836. Ekssudatın hansı minimal həcminin qısa müddətdə perikardda toplanması nəticəsində ürək tamponadası yarana bilər?

837. Perikard boşluğunda təzyiq hansı səviyyədə olduqda ürək tamponadası başlayır?

838. Ürəyin tamponadası zamanı sağ qulaqcığın qanla dolması nə vaxt baş verir?

839. Fiziki müayinə zamanı ürək tamponadası olan xəstələrdə hansı əlamətlər müşahidə edilir?

840. Paradoksal nəbz hansı patologiyada müşahidə edilir?

841. Konstriktiv perikarditin xarakterik klinik əlamətləri hansıdır?

842. Virus və idiopatik kəskin perikarditlər üçün nə xarakterdir?

843. Ağciyər arteriyasının tromboemboliyası zamanı hansı xəstəliklər əmələ gələ bilər?

844. Ağciyər ürəyi zamanı hansı exokardioqrafik dəyişikliklər müşahidə olunur?

845. Ağciyər arteriyasının tromboemboliyasında nə müşahidə olunur?

846. Birincili ağciyər hipertenziyası daha çox kimlərdə müşahidə olunur?

847. Hansı əlamətlər birincili ağciyər hipertenziyası zamanı müşahidə olunmur?

848. Aşağıdakı əlamətlərdən hansı ağciyər arteriyasının tromboemboliyasının ilkin mərhələsində müşahidə olunmur?

849. Aşağıdakı əlamətlərdən hansı ağciyər hipertenziyası zamanı müşahidə olunmur?

850. Ağciyər hipertenziyası zamanı hansı instrumental müayinə üsulu daha vacibdir?

851. Ağciyər hipertenziyası hansı xəstəliklərlə diferensiasiya edilməlidir?

852. Ağciyər hipertenziyasının müalicəsində ağciyər damarlarının relaksasiya məqsədi ilə hansı qrup dərmanlardan istifadə etmək lazımdır?

853. Ağciyər arteriyasının tromboemboliyasında hansı müalicə daha zəruridir?

854. Ağciyər ürəyi zamanı xəstədə ürək nahiyəsində şiddətli ağrılar olduqda, AT isə kəskin aşağı olduqda, hansı dərmandan istifadə etmək zəruridir?

855. Ağciyər emboliyasının yaranmasında ən çox təsadüf edilən səbəb hansıdır?

856. Birincili ağciyər hipertenziyasının etiologiyasına nə aiddir?

857. Birincili ağciyər hipertenziyası zamanı ağciyərlərin rentgenoqrafiyasında hansı dəyişikliklər müşahidə olunur?

858. Birincili ağciyər hipertenziyası zamanı ürəyin auskultasiyasında nə eşidilir?

859. İkincili ağciyər hipertenziyasına keçməmək üçun hansı orqanın funksiyasını müayinə etmək daha zəruridir?

860. Ağciyər ürəyi zamanı hansı elektrokardioqrafik dəyişikliklər qeyd olunur?

861. Ağciyər ürəyini hansı xəstəliklə diferensiasiya etmək lazımdır?

862. Ağciyər ürəyi zamanı qlikozidlər və diuretiklər necə təsir edir?

863. Ağciyər ürəyi zamanı hansı növ keçiricilik pozulması müşahidə olunur?

864. Ağciyər ürəyi zamanı hansı ritm pozulmalarına təsadüf edilir?

865. Ağciyər arteriyasının tromboemboliyasına hansı simptomlar aiddir?

866. Ağciyər arteriyasının tromboemboliyasını hansı xəstəliklərlə diferensiasiya etmək lazımdır?

867. Ağciyər arteriyasının tromboemboliyası üçün hansı risk faktorları daha çox xarakterdir?

868. Ağciyər arteriyasının tromboemboliyası üçün hansı laborator və instrumental müayinə üsulları daha zəruridir?

869. Ağciyər arteriyasının tromboemboliyasının farmakoprofilaktikasına nə aiddir?

870. Neyrosirkulyator distoniya üçün aşağıdakılardan hansı doğrudur?

871. Neyrosirkulyator distoniyada müalicə necə aparılır?

872. Funksional ortostatik hipotoniyanın səbəbləri hansılardır?

873. Funksional ortostatik hipotoniyada aparılan ortostatik sınaqlar zamanı hansı hallar yaranır?

874. Vegetativ sinir sisteminin üzvi zədələnmələri zamanı yaranan ortostatik hipotoniyada ortostatik sınaqlar zamanı ürək yığılmalarının tezliyi necə dəyişir?

875. Vegetativ sinir sisteminin üzvi zədələnmələri zamanı yaranan ortostatik hipotoniya hansı xəstəliklər zamanı yaranır?

876. Funksional ortostatik hipotoniya nə vaxt yaranır?

877. Vazodepressor bayılmalı xəstələrin müayinəsi zamanı hansı sınaqlar daha informativdir?

878. Ortostatik hipotoniya hansı preparatların qəbulu nəticəsində yarana bilər?

879. Aşağıdakı hallardan hansı ortostatik hipotoniyaya meylli xəstələrə əks göstəriş deyil ?

880. Sağlam şəxslərdə ortostatik sınaqların aparılması zamanı nə baş verir?

881. Postural hipotoniya hansı preparatların istifadəsi nəticəsində yarana bilər?

882. Postural hipotoniyaya daha çox səbəb olan preparatlar hansı damarların tonusunu azaldır?

883. Fiziki yük zamanı bayılma daha çox hansı xəstələr üçün səciyyəvidir?

884. Fiziki yük zamanı bayılma daha çox hansı xəstələr üçün səciyyəvidir?

885. Ürəyin zədələnməsi əlamətləri olmayan şəxslərdə bayılma hallarının yaranma səbəbi nədir?

886. Bayılmadan əvvəl auranın (bayılmaönü reaksiyaların) olmaması hansı xəstəliklər üçün səciyyəvidir?

887. Antianginal preparatlardan hansı ortostatik hipotoniyaya səbəb ola bilər?

888. Hansı preparatlar ümumi periferik damar müqavimətini artırır?

889. Verapamilin vena daxilinə yeridilməsi nəticəsində yaranan hipotoniyanı aradan qaldırmaq üçün seçim preparatı hansıdır?

890. Ürək-damar sistemi xəstəlikləri olan və bayılmadan əziyyət çəkən xəstələr arasında ölüm halları ildə neçə faiz təşkil edir?

891. Sinkopal vəziyyətlər üçün hansı hallar xarakterik deyil?

892. Predsinkopal hal nə kimi hissiyyatlarla səciyyələnir?

893. Baş-beyin qan dövranının azalması orta arterial təzyiqin hansı həddə qədər enməsi zamanı baş verir?

894. Beyin qan təchizatının azalması adətən hansı hallarla əlaqədar deyil?

895. Baş-beyin damarlarında perfuzion təzyiq hansı təzyiqə bərabərdir?

896. Hipertrofik kardiomiopatiyalı xəstələrdə sinkopal hallar nə zaman yaranır?

897. Sol atrioventrikulyar dəliyin daralması olan xəstələrdə sinkopal vəziyyətin səbəbləri nədir?

898. Anamnezində müvafiq halları qeyd etməyən 43 yaşlı kişidə vertikal vəziyyətdə sinkopal hal yaranmışdır. Huşun itməsindən qabaq xəstədə təngnəfəslik yaranır. Atrioventrikulyar dəliyin daralmasının auskultativ əlamətləri qeyd edilir. Xəstəyə hansı diaqnozu qoymaq olar?

899. EKQ-də QT intervalının uzanması sindromu olan xəstələrdə sinkopal vəziyyətin yaranmasına nə səbəb olur?

900. Morqani-Edems-Stoks sindromu üçün nə xarakterik deyil?

901. Morqani-Edems-Stoks sindromu nə zaman müşahidə oluna bilər?

902. Morqani-Edems-Stoks sindromu blokadanın hansı növündə heç vaxt müşahidə olunmur?

903. Sinkopal vəziyyəti olan xəstələrdə veloerqometrik sınağın aparılmasına mütləq əks göstərişlər nədir?

904. EKQ-nin sutkalıq monitorlaması sinkopal vəziyyətin səbəblərini müəyyənləşdirməyə hansı hallarda imkan yaradır?

905. Morqani-Edems-Stoks sindromlu xəstələrdə EKQ-nin sutkalıq monitorlaması zamanı qeydə alınan hansı epizodlar sinkopal vəziyyətin yaranmasına işarə sayıla biləq?

906. Başgicəllənmə, zəiflik, rəngin avazıması ilə təzahür edən predsinkopal vəziyyət nəyi müşayiət edir?

907. 41 yaşlı kişi venapunksiya zamanı huşunu itirmişdir. Müayinə zamanı dəri solğun, nəm, AT 90/50 mm c. s.-dur. Nəbz ritmik, dəqiqədə 50 vurğudur. 10 saniyədən sonra xəstə özünə gəldi. Sinkopal vəziyyətin səbəbi nə ola bilər?

908. Aorta dəliyinin stenozu zamanı sinkopal vəziyyəti yaradan səbəblər hansıdır?

909. Aşağıdakı əlavə təsirlərdən hansı prazozinin istifadəsi zamanı yarana bilər ?

910. Kəskin hipotoniya və ya hipovolemik şok əlamətləri olduqda hansı müalicə tədbirləri əsas sayılır?

911. Miokard infarktlı xəstələrdə kəskin hipotoniya və bradikardiya yarandıqda hansı preparatların təyini əsas sayılır?

912. Qeyd olunanlardan hansı sağ mədəciyin infarktı zamanı yaranan kəskin hipotoniya və ya şokun klinik əlamətləri mövcud olduqda təyin olunur?

913. Kardiogen şok zamanı paroksizmal taxikardiyaların müalicəsində seçim preparatı hansıdır?

914. Kəskin sol mədəсik çatmamazlığı zamanı hansı diuretikə üstünlük verilməlidir?

915. Ağсiyər ödemi zamanı morfin nə məqsədlə təyin edilir?

916. Kəskin miokard infarktı zamanı ağrısızlaşdırmaq məqsədi ilə hansı dərman kombinasiyası tətbiq olunmur?

917. Taxisistolik forma səyrici aritmiya fonunda ağciyər ödemində hansı preparatın təyini məqsədəuyğun deyil?

918. Miokard infarktlı xəstələrdə ağciyər ödemi zamanı hansı preparat əks göstərişdir?

919. Ağciyər ödemində aparılan tədbirlərin əsas məqsədi nədən ibarətdir?

920. Ağciyər ödemində köpüyü söndürmək məqsədi ilə neçə faizli etil spirti vena daxilinə yeridilir?

921. Ağciyər ödemi zamanı köpüyü söndürmək məqsədi ilə hansı maddənin buxarları ilə inhalyasiya olunur?

922. Kəskin ürək çatmamazlığı zamanı aparılan yardımın ilk mərhələsində hansı tədbirlər məsləhət görülmür?

923. Səyrici aritmiya zamanı sinus ritmini bərpa etmək məqsədilə hansı preparat tətbiq olunur?

924. Kardiogen şok zamanı qeyd olunan preparatlardan hansının iştifadəsi məqsədəuyğun deyil?

925. Kardiogen şok zamanı hipertenziv məqsədlə hansı preparat tətbiq edilir?

926. Vegetativ simptomatik hipertonik krizlər zamanı hansı dərman preparatı işlədilir?

927. Ağciyər ödemi zamanı dərman preparatının yeridilməsi ardıcıllığından hansı düzgündür?

928. Ağciyər ödemi zamanı arterial təzyiqin endirilməsi məqsədi ilə hansı preparat tətbiq olunur?

929. Hipotenziya fonunda ağciyər ödemi zamanı hansı preparat təyin edilir?

930. Kəskin sol mədəcik çatmamazlığı zamanı aşağı ətraflara cqutlar nə məqsədlə qoyulur?

931. Ağciyər ödeminin hansı ağırlaşmalarında morfinin işlədilməsi göstərişdir?

932. Ağciyər ödeminin farmakoterapiyası hansı dərmanın vena daxilinə yeridilməsi ilə başlayır?

933. WPW sindromlu xəstələrdə paroksizmal səyrici aritmiyalar zamanı hansı preparatın tətbiqi əks göstərişdir?

934. Səyrici aritmiyanın taxisistolik foromasında hansı preparatlar işlədilir?

935. Səyrici aritmiyanın taxisistolik formasında hansı tədbirlərin aparılması vacibdir?

936. Hansı hallarda hipertonik krizlər kəskin baş ağrıları, tərləmə və ürəkdöyünmə ilə müşayiət olunur?

937. Feoxromositomalı xəstələrdə hipertonik krizlərin müalicəsində hansı dərman preparatının tətbiqi məqsədəuyğundur?

938. Laylanan anevrizma vaxtı hipertonik krizlərin müalicəsində seçim preparatı hansıdır?

939. Hipertonik ensefalopatiya ilə müşayiət olan hipertonik kriz zamanı hansı preparatın işlədilməsi kəllədaxili təzyiqi yüksəldə bilər?

940. Hipertonik krizləri aradan qaldırmaq üçün hansı beta-blokatorlar vena daxilinə yeridilir?

941. Sağ mədəciyin miokard infarktı zamanı yaranmış kəskin sağ mədəcik catmamazlığında təzyigi qaldırmaq üçün hansı preparatın yeridilməsi vacibdir?

942. Ağciyər ödeminin farmakoterapiyasında hansı diuretikə üstünlük verilir?

943. Miokard infarktlı xəstələrdə mədəcik ritm pozğunluqlarında seçim preparatı hansıdır?

944. Aortanın laylanan anevrizması olan xəstələrdə hipertonik krizlər zamanı hansı tədbirlər aparılmalıdır?

945. Hipertonik kriz zamanı hədəf orqanlarda qan təchizatının pozulmaması üçün arterial təzyiqi neçə faiz endirmək lazımdır?

946. Hipertonik kriz zamanıı hansı AÇF inhibitoru vena daxilinə yeritmək lazımdır?

947. Kəskin sol mədəcik çatmamazlığı zamanı hansı preparatın tətbiqi məqsədəuyğun deyil?

948. Hipertonik krizlərdə hansı göstəriciləri nəzarətdə saxlamaqla natrium nitroprussid vena daxilinə yeridilir?

949. Kardiogen şok zamanı fentanilin təsirini uzatmaq və gücləndirmək üçün onu hansı preparatla kombinə etmək lazımdır?

950. Ağırlaşmış hipertonik krizdə arterial təzyiqin kəskin endirilməsi nəyə səbəb ola bilər?

951. Hipertonik krizlərdə nifedipinin sublinqval istifadəsi hansı xəstəliklərin gedişini kəskinləşdirə bilər?

952. Kardiogen şok zamanı hansı preparat ağrını aradan qaldırmır?

953. Ağırlaşmış hipertonik krizlərdə hansı həyati vacib orqanların zədələnməsi baş verir?

954. Ağırlaşmış hipertonik krizdə hansı klinik təzahür tipik deyil?

955. Kəskin miokard infarktı zamanı sadalanan preparatlardan hansı ağrı sindromunu aradan qaldırmır?

956. Miokard infarktlı xəstələrdə mədəcik taxikardiyasının aradan qaldırılması üçün hansı preparatın işlədilməsi təhlükəlidir?

957. Miokard infarktın yaranmasından sonra trombolizisin aparılması hansı ilkin saatlarda effektivdir?

958. Mədəcik fibrilyasiyasında hansı preparat vena daxilinə yeridilmir?

959. Kardiogen şokun reflektor formasında hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir?

960. Aritmik formalı kardiogen şokda hansı tədbirlər ilkin olaraq həyata keçirilməlidir ?

961. Ağırlaşmamış hipertonik krizlər üçün hansı hədəf orqanların funksiyasının pozulması xarakterikdir?

962. Kəskin koronar sindromla ağırlaşmış hipertonik krizlərdə hansı preparatları tətbiq etmək lazımdır?

963. Feoxromositomaya şübhəli hallarda hipertonik krizlərin müalicəsində seçim preparatı hansı qrup antihipertenziv dərman preparatlarıdır?

964. Kəskin sol mədəcik çatmamazlığı ilə ağırlaşmış hipertonik krizlərin müalicəsində hansı preparat işlədilmir?

965. Miokard infarktı zamanı profilaktiki olaraq lidokain hansı hallarda yeridilir?

966. İlk 4-6 saat ərzində xəstəxanaya çatdırılmış infarktlı xəstələrdə patogenetik müalicə üsullarından hansı əsasdır?

967. Miokard infarktlı xəstələrdə yaranmış tez-tez rast gələn ekstrasistoliyalarda birinci dərəcəli seçim preparatı nədir?

968. Miokard infarktlı xəstələrdə paroksizmal səyrici aritmiyalar zamanı ürək yığılmaları tezliyini seyrəltmək üçün hansı preparatlar tətbiq olunur?

969. Miokard infarktlı xəstələrdə ağciyər ödemi zamanı sadalanan preparatlardan hansı təyin olunmur?

970. Miokard infarktlı xəstələrdə ağciyər ödemində hansı preparatın təyini əks-göstərişdir?

971. Hipovolemiya əlamətləri olan kəskin hipotoniya və şok zamanı hansı müalicə tədbirləri əsas sayılır?

972. Miokard infarktlı xəstələrdə kəskin hipotoniya və nəzərəçarpacaq bradikardiya yarandıqda hansı preparatın təyini əsas sayılır?

973. Qeyd olunan preparatlardan hansı sağ mədəciyin miokard infarktı zamanı yaranan kəskin hipotoniya və ya şok zamanı təyin olunur?

974. Kardiogen şok zamanı aşağıdakılardan hansının istifadəsi məqsədəuyğun deyildir?

975. Kardiogen şokun ilk saatlarında hansı tədbirlərin həyata keçirilməsi yaxşı nəticələr verir?

976. Miokard infarktı zamanı həqiqi kardiogen şokun patogenezinin əsasında nə durur?

977. Miokard infarktlı xəstələrdə mədəcik fibrilyasiyasının yaranması riski nə vaxt yüksəkdir?

978. Miokard infarktlı xəstələrdə ilk sutkada vena daxilinə lidokainin yeridilməsi nəyə səbəb olur?

979. Hansı aritmitiyalar zamanı kardiogen şok müşahidə oluna bilər?

980. Miokard infarktı zamanı karidogen şokun yaranma səbəblərinə aşağıda qeyd olunanlardan hansı aid deyil?

981. Mədəciklərin fibrilyasiyası olan xəstələrdə elekroimpuls terapiyanın effektivliyi hansı preparatın tətbiqi zamanı artmış olur?

982. Miokard infarktı zamanı mədəciklərin fibrilyasiyası hansı müddətdə daha tez-tez yaranır?

983. Ağciyər ödemində dərman preparatlarının daha effektiv yeridilmə yolu hansıdır?

984. Feoxromositoma zamanı hipertonik krizlər üçün nə xarakterikdir?

985. Feoxromositoma zamanı hipertonik krizlərin müalicəsində daha effektiv preparat hansıdır?

986. Sol mədəciyin çatmamazlığı ilə ağırlaşmış hipertonik krizlərin aradan qaldırılması ücün hansı preparat işlədilir?

987. Hipertonik krizlərin müalicəsində hansı preparatın peroral qəbulu daha əlverişlidir?

988. Aortanın laylanan anevrizması olan xəstələrdə arterial təzyiqin endirilməsi ücün sadalanan preparatlardan hansı seçim preparatıdır?

989. Sol mədəcik çatmamazlığı əlamətləri ilə müşayiət olunan hipertonik krizlərdə hansı preparatın işlədilməsi daha səmərəlidir ?

990. Hansı preparatın hipotenziv effekti damarların saya əzələ hüceyrələrinə birbaşa təsiri ilə (düz təsirli vazodilyatatorlar) əlaqədar deyil?

991. Kəskin sol mədəcik çatmamazlığı fonunda hipertonik krizlərdə bunlardan hansı istifadə olunmur?

992. Aortanın laylanan anevrizması zamanı hipertonik krizlərdə preparatların yeridilmə ardıcıllığından hansı doğrudur?

993. Aortanın laylanan anevrizmasında hipertonik krizlər fonunda hansı preparatın yeridilməsi aortanın yarılmasına gətirib çıxara bilər?

994. Aortanın laylanması ilə müşayiət olunan krizlərdə apressinin venadaxili yeridilməsi hansı fəsada gətirib çıxara bilər?

995. Ağciyər ödemi zamanı hansı hallarda eufillinin istifadəsi məsləhət görülür?

996. Hansı hallarda ağciyər ödemi zamanı ürək qlikozidlərinin işlədilməsi məqsədəuyğundur?

997. Kəskin miokard infarktı ilə müşayiət olunan ağciyər ödemi zamanı hansı preparat əks göstərişdir?

998. Kəskin hipotenziya və taxikardiya ilə müşayiət olunan ağciyər ödemi zamanı hansı preparat istifadə olunur?

999. Qəfləti ürək-damar sisteminin dayanması zamanı aşağıdakı tədbirlərdən hansı icra olunmur?

1000. Ağciyərlərin ödemi zamanı eufillinin təyini nəyin fonunda göstərişdir?

1001. Bronxospazm və bradikardiya ilə birgə müşayiət olunan ağciyər ödemində hansı preparatın işlədilməsi məqsədəuyğundur?

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013