Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı (20.02.2009)

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

 

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2009-ci ilin fevral ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laborator müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 96 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 54 obyektin istsmarının dayandırılması barədə qərar qəbul edilmiş, 42 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 929, mikrobioloji göstəricilərinə görə 505, toksikoloji göstəricilərinə görə 97, radioloji göstəricilərinə görə 27 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 40-da orqanoleptik və fiziki-kimyəvi, 32-də mikrobioloji, göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur. Şadlıq evləri və restoranlardan götürülmüş 3713 yaxma nümunəsinin 60-da mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Fevral ayı ərzində əhali arasında 34 qida zəhərlənməsi hadisəsi baş vermiş 39 nəfər zərərçəkən olmuşdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013