Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Korrupsiya ilə mübarizə

Korrupsiyanın anlayışı

 

Korrupsiya-vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

 

Korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar

 

Bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanları həyata keçirirlər.

Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra "Komissiya") həyata keçirir.

Komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir. Komissiyanın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.

 

Dövlət qulluğunda korrupsiya və bürokratizmlə mübarizə

 

Vəzifəli şəxs¬lərin dövlət orqanlarında özəl və qrup maraqların yerinə yetirmək üçün dövlət mexanizmindən alət kimi istifadə etməyə imkan verən korrupsiya dövlət aparatını cəmiyyətdən ayıran təzahürlərdən biridir. Korrupsiyanın sosial təhlükəsi dövlət orqanlarının normal fəaliyyətinin pozulmasına səbəb olur, hakimiyyətin həyata keçirilməsinin hüquqi mexanizmin korrupsiya tərəfə istiqamətini dəyişdirməkdə özünü göstərir. Dövlət aparatında neqativ hallar, o cümlədən bürokratizm dövlət qulluqçuları¬nın mənəviyyatı¬nın aşağı səviyyəsi ilə sintez olunanda dövlət siyasətində və dövlət qulluğunun qanunvericilik bazasında göstərilən hüquqi davranış korrupsiyaya deformasiya olunur.

 

Yaxın qohumların birgə işləməsinə yol verilməməsi

 

Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Qanunun tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013