Laçın Rayon Mərkəzi Xəstəxanası (30.01.08)
Açıq tender elan edir
Tender 1 (bir) lot üzrə keçirilir:
Dərman və dərman preparatlarının satınalmması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçı öz təklifində satınalma müqaviləsi ilə əlaqədar tətbiq olunacaq bütün növ vergiləri (ƏDV daxil olmaqla) nəzərə almalıdır.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi ünvanından Əlaqələndirici şəxs: Rəhman Nağıyev,
Telefon: 496-38-94
İştirak haqqı: 100 manat.
Təşkilat: Laçın Rayon Mərkəzi Xəstəxanası, Laçın Rayon Xəzinədarlığı
VÖEN: 6200027831
Bank: Kapital bank Ağcabədi filialı
İştirak haqqı heç bir halda geri qaytarılmır.
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 29 fevral 2008-ci il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərfdə 10 mart 2008-ci il saat 17:00-a qədər Laçın Rayon Mərkəzi Xəstəxanasına (ünvan: Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi) təqdim etməİidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifi 11 mart 2008-ci il tarixdə saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender Komissiyası