Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması məqsədi ilə müraciət edənlərin nəzərinə

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına əsasən tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması məqsədi ilə ərizələrin və qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlərin qəbulu artıq internet vasitəsi ilə də həyata keçirilir.

 

Ərizələrin və tələb olunan sənədlərin internet vasitəsi ilə elektron qəbulu üzrə konsultativ yardım Səhiyyə Nazirliyinin “Elektron Səhiyyə” xidməti mərkəzində bazar ertəsi — cümə günləri saat 09:00-dan 16:00-dək, şənbə günü saat 09:00-dan 12:00-dək göstərilir.


Ətraflı məlumat üçün əlaqə telefonları: 441 26 03 (112, 152); 596 47 68

 

Şikayətlər ilə əlaqədar: 596 07 12

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013