Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri Qusarda vətəndaşların qəbulunu keçirib

24.04.2015-ci il tarixində səhiyyə naziri Oqtay Şirəliyev Qusar rayonunda vətandaşları qəbul edib.Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda Şabran, Xaçmaz,Quba və Qusar rayonundan olan sakinlər iştirak ediblər. Qəbul zamanı vətəndaşların yerli şəraitdə müalicəsi mümkün olmayan xəstəliklər, işlə təmin edilmə, sosial və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün nazirliyin müvafiq sturuktur rəhbərlərinə tapşırıqlar verib. Vətandaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Ümumilikdə 24 nəfərin qəbulu icra olunub və hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin birbaşa həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

24/04/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->