Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümüm tamam olur.

 

Bu münasibətlə səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla tibb ictimaiyyətinin nümayəndələri aprelin 28-də Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

 

Sonra ziyarətçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə tər çiçəklər düzüblər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

28/04/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->