Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

4-5 may tarixində Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başlayacaq

2015-ci il 4-5 may tarixində saat 09:00-da Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə ”Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi“ mövzusunda keçirilən Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başlayacaq. Konqresin açılışı Ə.Əliyev ad. ADHTİ-da baş tutacaq.

 

Konqresdə Milli Onkologiya Mərkəzinin Baş direktoru professor C.Əliyev, Ə.Əliyev ad. ADHTİ-nun rektoru professor N.A.Qasımov, Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti professor S.Cavad-zadə, eyni zamanda, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Moldova, Gürcüstan və Belarusiyadan dəvət olunmuş professorlar iştirak edəcəklər. Həmçinin konqres çərçivəsində müasir endoskopik texnologiyaların tətbiqi ilə əməliyyatların icrası və onların konfrans salonuna birbaşa ötürülməsi nəzərdə tutulmuşdur.

 

Konqres mətbuat nümayəndələri üçün acıqdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

1/05/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->