Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Şəki və ətraf rayon sakinlərini qəbul etdi

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. Şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 14 may 2015-cü il tarixində Şəki Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirmişdir. Qəbula gəlmiş Şəki, Oğuz, Zaqatala, Balakən, Qax rayon sakinlərinin xahiş, minnətdarlıq, sağlıq və kadr məsələlərinə dair müraciətləri nazir tərəfindən dinlənilmişdir.

Uzun illər sağlamlığında problemi olan, ötən qəbullardan sonra Səhiyyə Nazirliyinin müdaxiləsi nəticəsində tamamilə sağalaraq bu dəfə minnətdarlıq üçün yenidən görüşə gələn vətəndaşlar bu dəfə üstünlük təşkil etmişdir. Qəbula gələnlərin digər bir qismini hazırda sağlamlığında problemləri olan digər vətəndaşlar təşkil etmişdir ki, onların da müraciətlərinə nazir və nazirliyin müvafiq strukturlarının mütəxəssisləri tərəfindən baxılmış, hər bir məsələ diqqətlə araşdırılmışdır. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

14/05/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->