Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Təcili tibbi yardım briqadası yaralılara yardım edir (Yenilənib)

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin “103” Təcili Tibbi Yardım xidmətinə məlumat daxil olmuşdur.

 

Məlumatdan dərhal sonra hadisə yerinə 30 briqada göndərilmisdir. Hazırda hadisə yerində olan Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri almış 15 yaralı xəstəxanalara yerləşdirilmişdir.

 

Qeyd etmək istərdik ki, ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirlmişdir. İlkin məlumata görə hadisə yerində biri azyaşlı olmaqla, iki ölüm faktı qeydə alınıb.

Son məlumatlara görə 2 azyaşlı olmaqla, ölənlərin sayı 3 çatıb.

 

***

 

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 14:00 olan son məlumatlara əsasən 20 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilmişdir.

 

Bunlardan 14-ü 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 3 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilmişdir.

 

Bu saata olan son məlumatlara əsasən ölənlərin sayı 7 nəfərdir. Digər 6 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

***

 

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 14:28 olan son məlumatlara əsasən 41 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilmişdir.

 

Bunlardan 17-ü 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 4 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilmişdir.

 

Bu saata olan son məlumatlara əsasən ölənlərin sayı 10 nəfərdir. Digər 7 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilmişdir.

 

19/05/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->