Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Türkiyə Prezidenti R.T.Ərdoğan ölkəmizə başsağlığı verdi

Bakı şəhərindəki yaşayış binasında insan tələfatına səbəb olan yanğınla əlaqədar olaraq ölkəmizə ünvanlanan çoxsaylı başsağlığı məktubları daxil omaqdadır.

 

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyük Elçiliyindən Səhiyyə Nazirliyinə daxil olmuş məlumatda Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyip Ərdoğan Azərbaycan Prezidenti Administrasiyasına, Xarici İşlər Nazirliyinə, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət ünvanlamışdır.

 

Müraciətdə bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza türk milləti adından Allahdan rəhmət diləmiş, onların yaxınlarına, habelə, bütün Azərbaycan xalqına başsağlığı vermiş, xəsarət alanların tezliklə sağalmalarını arzu etmişdir.

 

Müraciətdə həmçinin, hadisə zamanı tibb işçilərinin, xilasedicilərin fədakarlığı xüsusi vurğulanmış, Azərbaycan və Türkiyə arasında səhiyyə və tibb elmi sahəsindəki birgə əməkdaşlıq layihəsi çərçivəsində Türkiyənin Azərbaycana lazımi dəstək verməyə hazır olduğu bildirilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

 

21/05/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->