Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Xəsarət alan vətəndaşların səhhəti daim nəzarətdədir

Bakı şəhəri, Binəqədi rayonunda baş vermiş yanğında xəsarət alan şəxslərdən 10 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirirlər. 3-ü azyaşlı, 6-sı qadın və bir nəfəri kişi olmaqla hər biri Səhiyyə Nazirliyinin rəhbərliyinin daim nəzarəti altındadırlar. Xəsarət alanları nazirliyin səlahiyyətli şəxsləri vaxtaşırı ziyarət edir, onların səhhəti, müalicənin gedişatı ilə şəxsən yaxından tanış olurlar. Onlar ixtisaslaşmış mütəxəssislərin tam nəzarəti altındadırlar və heç bir həyatı təhlükəsi yoxdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

25/05/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->